RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA FEDERASİYASININ PREZİDENTİ VLADİMİR PUTİNLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da Moskvada, Kremldə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşmüşdür.
Dövlət başçıları ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdiyini, iqtisadi-ticarət əlaqələrinin genişləndiyini vurğulamışlar.
Görüşdə Cənubi Qafqazda vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli və regional təhlükəsizlik məsələləri, aktual beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılmışdır.