Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Tatarıstan Respublikasına işgüzar səfərə gəlmişdir
Kazan, 23 iyun (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Tatarıstan Respublikasına işgüzar səfərə gəlmişdir.
Dövlətimizin başçısını Kazanın Beynəlxalq aeroportunda Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli qızlar Prezident İlham Əliyevə duz-çörək təqdim etdilər.
######
![]() |
![]() |
![]() |


