RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 11-də Prezident sarayında Türkiyənin mədəniyyət və turizm naziri Atilla Koçu qəbul etmişdir.
Nazir Atilla Koç bir neçə il bundan əvvəl Bakıya gəldiyini xatırlatdı, ötən son illər ərzində ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu bildirdi. O, İKT ölkələri turizm nazirlərinin V Konfransının Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini və bu mötəbər tədbirin əhəmiyyətini vurğuladı.
Dövlətimizin başçısı İlham Əliyev respublikamızda gedən inkişaf proseslərindən danışdı.
Görüşdə ölkələrimizin müvafiq qurumları arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.