Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN MƏRMƏRƏ QRUPUNUN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Prezident sarayında Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin nümayəndə heyətini qəbul etmişdir.

Prezident İLHAM ƏLİYEV qonaqlara müraciətlə dedi: Xoş gəlmisiniz, çox şadam ki, böyük heyətlə Azərbaycana gəldiniz. Azərbaycanla daha geniş tanış olmağınız üçün çox gözəl imkanlar var. Çox şadıq ki, əlaqələrimiz bütün səviyyələrdə - həm dövlət başçıları səviyyəsində, həm də millət vəkilləri, nazirlər səviyyəsində çox sürətlə inkişaf edir. Əlbəttə, təmaslar nə qədər çox olarsa, biz bir-birimizə o qədər də yaxın olacağıq. Bu yaxınlarda Türkiyədə Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilmişdir. Artıq qurultayın çox önəmli nəticələri var və əminəm ki, gələcək fəaliyyətimiz üçün qarşımızda çox gözəl imkanlar açır.

Türkiyə-Azərbaycan münasibətləri bu işlərdə əsas amillərdən biridir. Türkiyə-Azərbaycan münasibətlərindən bütün türk dünyasında gedən proseslər müəyyən dərəcədə asılı olacaqdır. Eyni zamanda, bizim regionda baş verən hadisələr də bu münasibətlərin təsiri altındadır. Biz böyük iqtisadi, enerji layihələri həyata keçiririk, bizim iştirakımızla siyasi layihələr həyata keçirilir. Ona görə Türkiyə-Azərbaycan birliyi həm bizim ürəyimizdən gələn duyğulardır, eyni zamanda, zəmanənin tələbidir. Biz bir-birimizlə nə qədər sıx bağlı olsaq, gücümüz o qədər də artacaqdır. Bu, artıq reallıqdır, gerçəklikdir.

Azərbaycanın indiki inkişaf sürəti onu çox güclü ölkəyə çevirir. Həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən bölgədə gedən proseslərdə iştirakımız Azərbaycanın önəmini artırır.

Şübhəsiz ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi - bütün bunlar həm Türkiyənin, həm də Azərbaycanın bölgədə və Avropada siyasi çəkisini artıran amillərdir. Biz bunu istəyirik. İstəyirik ki, daha da möhkəm mövqelərə, daha da güclü təsir imkanlarına malik olaq və birlikdə gələcəyə doğru irəliləyək. Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri qardaşlıq, dostluq əsasında davam etmişdir. İndiki dövrdə də bu münasibətlər, deyə bilərəm ki, ən yüksək zirvədədir. Sizin gəlişiniz və Mərmərə Qrupunun bu işlərdə fəal iştirakı çox təqdirəlayiqdir. Siz ikitərəfli münasibətlərin inkişafına çox dəyərli töhfə verirsiniz.

Bir də demək istəyirəm ki, dövlətlərarası, hökumətlərarası münasibətlər, millət vəkilləri arasında olan əlaqələr, müxtəlif dövlət qurumlarının və özəl qurumların birgə fəaliyyəti ilə yanaşı, bu işlərdə ictimai əlaqələr də xüsusi yer tutur. Mən deyə bilərəm ki, ictimai əlaqələrin inkişafında Mərmərə Qrupu müstəsna rol oynayır. Ona görə mən sizə çox minnətdaram. Sizin fəaliyyətiniz bizim ölkələrimizi daha da sıx birləşdirir. Beləliklə də, bölgədə Türkiyə-Azərbaycan müttəfiqliyi böyük proseslərin inkişafına təsirini gücləndirir.

Mən çox şadam ki, böyük heyətlə gəlmisiniz. Çoxlarınızı yaxından tanıyıram. Məncə, bəziləri Azərbaycanda ilk dəfə, yaxud da ki, daha az olmuşlar. Amma istərdim ki, daha da tez-tez gəliş-gediş olsun və sizin Qrupunuz, həmişə olduğu kimi, münasibətlərimizin inkişafında fəal rol oynasın. Sizi bir daha salamlayıram, Vətəninizə xoş gəlmisiniz!

Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suver qurumun fəaliyyətindən danışaraq dedi ki, biz beynəlxalq tədbirlərdə Türkiyə ilə yanaşı, Azərbaycan gerçəkliklərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ermənilərin işğalçılıq siyasətinin əsil mahiyyətini dünya ictimaiyyətinə çatdırmağa çalışırıq. Vəqfin rəhbəri, eyni zamanda, prinsipial məsələlərdə Azərbaycanın Türkiyəni dəstəkləməsinin qardaş ölkədə minnətdarlıq hissləri doğurduğunu vurğulayaraq dövlətimizin başçısına nümayəndə heyəti adından təşəkkür etdi. O dedi ki, burada olan millət vəkillərimiz də mütləq Sizə təşəkkürlərini bildirəcəklər. “Erməni soyqırımı” mövzusunda Azərbaycan Milli Məclisinin Fransa parlamentinə müraciətini razılıqla qarşılayır, minnətdarlığımızı bildiririk.

Prezident İlham Əliyev bir daha vurğuladı ki, bizim gücümüz xalqlarımızın birliyindədir. Türkiyə bizə arxadır. Müasir dövrdə ölkəmizin sürətli inkişafı Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmlədir və bu amil bizim də qardaş ölkəyə dəstək vermək imkanımızı artırır.

Türkiyə Böyük Millət Məclisinin deputatı Güldal Akşit iki qardaş ölkə arasındakı əməkdaşlığa verdiyi töhfəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırdı.

Daha sonra nümayəndə heyətinin üzvləri Naxçıvanda olduqlarını və orada görülən geniş quruculuq işlərindən məmnunluqlarını ifadə etdilər. Akkan Suver Naxçıvanda Hüseyn Cavidin məqbərəsini ziyarətdən aldıqları təəssüratdan danışaraq dedi ki, Atatürkə və atanıza təsir edən ən böyük amil, bəlkə də, mədəniyyət amilidir. Mənə elə gəlir ki, Atatürk Tofiq Fikrətdən, atanız Hüseyn Caviddən mədəniyyətin tərəqqisi fikrini, hər halda, mənimsədilər.

İLHAM ƏLİYEV: Doğrudur. Cavid o vaxt, sovetlər dövründə, Stalinin dövründə həbs olunmuşdu. Onu Sibirə sürgün etmişdilər. Onu əsərlərinə görə, türkçü olduğuna görə həbs etmişdilər və orada da vəfat etmişdi. Heydər Əliyev hələ kommunist dövründə burada rəhbər olduğu zaman onun cənazəsini Sibirdən Azərbaycana gətirtdi. Bu, çox fövqəladə bir hadisə idi. Çünki Cavid rəsmi sovet təbliğatında antisovet, pantürkist yazıçı kimi tanınırdı. O, Sibirdə rəhmətə getmiş, orada da dəfn olunmuşdu. Onun qəbrini orada tapmaq, cənazəsini buraya gətirmək, özü də böyük təntənə ilə gətirmək, çox fövqəladə bir hadisə idi. O, Naxçıvanda dəfn olundu. Ancaq ondan sonra Heydər Əliyev Bakıdan Moskvaya Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə getdi. Ondan sonra gələn rəhbərlər buna önəm vermədilər. Heydər Əliyev yenidən Azərbaycana qayıdandan sonra Cavidin siz gördüyünüz məqbərəsini yaratdı. Çox möhtəşəm bir məqbərədir.

Çox şadam ki, siz də gördünüz ki, Naxçıvan çox sürətlə inkişaf edir. Heydər Əliyevin təşəbbüsü ilə orada yeni hava limanının təməli qoyuldu, 2004-cü ildə biz onun açılışını etdik. Yenə də Heydər Əliyevin təşəbbüsü ilə böyük su anbarı Vayxır su anbarı tikilməyə başladı. Biz onu keçən il açdıq. Naxçıvanda Heydər Əliyev adına ən müasir, böyük məktəb tikildi. İndi biz böyük xəstəxana tikirik. Azərbaycanın ən müasir xəstəxanası olacaq və orada dünyanın ən yüksək avadanlıqları da quraşdırılacaqdır. Naxçıvanın büdcəsinə çox böyük vəsait ayırdıq. Qısa müddət ərzində Naxçıvanın büdcəsi təxminən 200 milyon dollara çatdı.

Prezident İlham Əliyev Mərmərə Qrupunun üzvlərinə uğurlar arzuladı.

Görüşdən xatirə olaraq dövlətimizin başçısına hədiyyə təqdim olundu. Qonaqlar Prezident İlham Əliyevlə xatirə şəkli çəkdirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb