AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YAPONİYA JURNALİSTLƏRİNƏ MÜSAHİBƏ VERMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Prezident sarayında Yaponiyanın Kiodo Susin agentliyinin və En-eyç-key televiziyasının müxbirlərinə müsahibə vermişdir.
Dövlətimizin başçısı Yaponiyaya qarşıdakı səfəri, ölkəmizin iqtisadiyyatının inkişafı, Azərbaycan-Yaponiya münasibətlərinin genişlənməsi, o cümlədən energetika sahəsində əməkdaşlıq, regional və beynəlxalq məsələlər barədə suallara ətraflı cavab vermişdir.