AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ZAQATALA RAYONUNA GƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, respublikamızın şimal-qərb bölgəsində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Zaqatala rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Zaqatala şəhərindəki Heydər Əliyev parkı ilə tanış oldu. Şəhərin mənzərəli guşəsində yerləşən və bir neçə hektar ərazini əhatə edən bu yaraşıqlı parkda 127 növ ağac əkilmişdir. Zaqatalalıların və şəhərin qonaqlarının ən sevimli yeri olan parkda istirahət üçün hər cür şərait yaradılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla parka baxdılar, buradakı səliqə-sahmandan razılıqlarını ifadə etdilər. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə gül-çiçək dəstəsi qoydu. Prezidentin ailə üzvləri də abidənin önünə gül dəstəsi qoydular.