AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ”RUMINİYA ULDUZU” ORDENİ TƏQDİM OLUNMUŞDUR
Bu münasibətlə keçirilən mərasimdə Rumıniya Prezidenti İon İliyeskunun Azərbaycan Prezidentinin “Rumıniya Ulduzu” ordeni ilə təltif edilməsi haqqında Fərmanı oxundu. Fərmanda deyilir: “Rumıniya-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi böyük xidmətlərə görə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın yüksək dövlət mükafatı “Rumıniya Ulduzu” ordeni ilə təltif olunsun”.
Cənab İliyesku Prezident İlham Əliyevə “Rumıniya Ulduzu” ordenini təqdim etdi.
Sonra Rumıniya Prezidenti İon İliyeskunun “İstiqlal” ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı oxundu.
Prezident İlham Əliyev “İstiqlal” ordenini dost ölkənin Prezidenti İon İliyeskuya təqdim etdi.