Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ABU-DABİ TELEVİZİYASINA MÜSAHİBƏSİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ABU-DABİ TELEVİZİYASINA MÜSAHİBƏSİ

Xəbər verdiyimiz kimi, noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda - “Qəsrul əl-Emirat” mehmanxanasında Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi Televiziyasına müsahibə vermişdir. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

- Cənab Prezident, istərdik, Birləşmiş Ərəb Əmirliklərinə səfərinizin məqsədi haqqında danışasınız.

- Məqsəd münasibətlərimizin genişləndirilməsindən ibarətdir. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında neçə illər ərzində çox yaxşı ikitərəfli əlaqələr yaranmışdır. Lakin prezidentlər səviyyəsində heç bir səfər olmamışdır. Bu, Azərbaycan Prezidentinin ölkənizə etdiyi ilk səfərdir. Əminəm ki, bu səfər münasibətlərimizin yeni səhifəsini açacaqdır. Bizim olduqca yaxşı siyasi münasibətlərimiz, mədəni əlaqələrimiz var. Ancaq eyni zamanda, iqtisadi münasibətlərimizi də möhkəmləndirmək istəyirik. Ona görə bu gün iş adamlarının iştirakı ilə birgə biznes forum keçiriləcəkdir. Mənimlə Azərbaycandan çox sayda iş adamları gəlmişdir. Onlar öz həmkarları ilə fikir mübadiləsi aparacaq, gələcəkdə mümkün olacaq birgə layihələri və əməkdaşlıq yollarını nəzərdən keçirəcəklər. Bu, ikitərəfli münasibətlərin vacib elementidir. Biz mövcud əlaqələrimizi iqtisadi əməkdaşlıqla möhkəmləndirməliyik. Bu baxımdan hazırkı səfərin nəticələri çox əhəmiyyətli olacaqdır.

- Bildiyimiz kimi, Azərbaycan mühüm coğrafi-strateji məkanda yerləşir. Ölkəniz İran, Türkiyə və Rusiya ilə həmsərhəddir. Azərbaycandakı ümumi vəziyyəti necə təsvir edərdiniz?

- Vəziyyət, ümumiyyətlə, çox müsbətdir. Siyasi vəziyyətə gəldikdə, bu, olduqca sabitdir, proqnozlaşdırıla bilir. Belə bir durum ölkəmizi çoxşaxəli formada inkişaf etdirməyə imkan yaradır. Azərbaycandakı siyasi sabitlik sürətli iqtisadi inkişafla nəticələnmişdir. Ötən il Azərbaycanın ümumi daxili məhsulunun artımı 26 faiz təşkil etmişdir. Bu il isə 34 faizə bərabərdir. Bu, dünyada ən yüksək göstəricidir. Təbii ki, ümumi daxili məhsulun mütləq rəqəmləri indiyə qədər çox yüksək olmamışdır. Lakin artımın dinamikası gözəçarpan dərəcədə olmuşdur. Bu, yalnız bir sıra amillərlə - siyasi və iqtisadi sabitlik, qonşu ölkələrlə yaxşı münasibətlər, regional əməkdaşlıq və milli maraqların qorunması ilə bağlıdır. Bütün bunlar yaxşı bir mühitin yaradılmasına imkan vermişdir.

İqtisadiyyatımızın sürətli inkişafı sosial problemlərin həllinə və layihələrin həyata keçirilməsinə imkan yaradır, xalqımızın tələbatları ödənilir və əmək haqları artırılır. Bütün bunlar ölkədə gedən faktik inkişaf prosesinin təzahürüdür. Mən artıq qeyd etdim ki, bizim qonşularımızla da yaxşı münasibətlərimiz var və bu, gələcəkdə də davam edəcəkdir. Bu, regional sabitliyin vacib bir amilidir.

- Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətdən şikayətlənirlər. Bu haqda nə deyə bilərsiniz?

- Bilirsiniz, əgər deyilən hər hansı bir tənqid reallığa əsaslanırsa, biz bunu qəbul edirik. Çünki biz müstəqil ölkə kimi 15 ildir yaşayırıq. O vaxtadək tamamilə qapalı, fərqli bir sistemdə yaşamışıq. O zaman insan hüquqları heç nəzərə də alınmırdı və tamamilə fərqli bir sistem mövcud idi. Həmin 15 il ərzində Azərbaycanın böyük problemləri olmuşdur. Biz hazırda demokratik ölkəyik, bütün demokratik təsisatlar fəaliyyət göstərir, söz azadlığı, mətbuat azadlığı və dini azadlıq mövcuddur. Bütün bunlar ölkə üçün, onun inkişafı üçün vacibdir. Təbii ki, çatışmazlıqlar da var. Bəzi beynəlxalq təşkilatlar hərdən bizi tənqid edirlər və əgər görürüksə ki, bu, ədalətlidir, biz onu qəbul edirik. Amma bəzi hallarda bu tənqid ədalətsizdir və onun müxtəlif siyasi səbəbləri var. Bəzi beynəlxalq qurumlar bu məsələdən istifadə edərək, Azərbaycana təzyiq göstərmək, öz məqsədlərinə nail olmaq istəyirlər. Biz bunu əsla qəbul etmirik və bu cür tərzdə ədalətsiz tənqidi heç vaxt qəbul etməyəcəyik.

- Dağlıq Qarabağla bağlı vəziyyəti necə görürsünüz? Biz bilirik ki, nizamlanmanın hazırda müəyyən mərhələləri var.

- Burada yalnız yeganə həll yolu var, o da Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bu da Ermənistan tərəfindən pozulubdur. Artıq 15 ildən çoxdur ki, biz işğal altında yaşayırıq. 1994-cü ildə biz atəşkəs sazişini imzaladıq. Lakin buna baxmayaraq, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışdır və Dağlıq Qarabağdan və onun ətrafında olan yeddi rayondan bütün azərbaycanlılar qovulmuşdur. Bu, XX əsrdə törədilmiş ən böyük cinayətlərdən biridir. Ölkə ərazisinin 20 faizi işğal altındadır. Bu yaxınlarda ATƏT faktaraşdırıcı missiyasını həmin işğal olunmuş zonalara göndərmişdir və onlar hesabat hazırlamışlar. Həmin hesabatda bildirilir ki, hər şey yerlə-yeksan olunmuşdur. Ermənistan hər şeyi - evləri, məktəbləri, xəstəxanaları, tarixi abidələri, bizim ulu babalarımızın məzarlarını və məscidləri dağıdıbdır. Onlar vandalizm aktı törədiblər.

Amma biz çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. Ona görə biz danışıqlar prosesini aparırıq. Lakin eyni zamanda, bu danışıqlar daimi davam edə bilməz. Ermənilər Dağlıq Qarabağ üçün müstəqillik istəyirlər. Bu, mümkün deyildir. Azərbaycan bunu heç vaxt qəbul etməyəcəkdir. Biz onlara öz hüdudlarımız çərçivəsində muxtariyyət statusu verə bilərik.

Ona görə, əgər ermənilər münaqişənin həllinə nail olmaq və təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, onlar Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməlidirlər. Həmin qətnamələrdə Ermənistan işğalçı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb olunur. Onlar indiyə qədər bunu yerinə yetirməyiblər. Biz məsələnin dinc yolla həllinə sadiqik. Eyni zamanda, öz güclü iqtisadiyyatımızı, ordumuzu qururuq və ölkəmizin işğal olunmuş torpaqlarını azad etməyə hazır olmalıyıq. Bu, bizim hüququmuzdur, qanuni haqqımızdır. Azərbaycanın ərazi bütövlüyü Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınıbdır.

- Beləliklə, Siz istənilən zaman hərb yolundan istifadə edə bilərsiniz?!

- Mən belə deyərdim: bu, istisna edilmir. Biz çalışacağıq ki, məsələni dinc yolla həll edək. Sülh danışıqlarının gündəliyində duran məsələləri uzun illər ərzində müzakirə etməyə çalışmışıq. Biz danışıqları 15-30 ilə qədər davam etdirə bilmərik. Yəni biz baxacağıq, əgər danışıqlar bir fayda verməsə, Ermənistan bizim torpaqlarımızı azad etməsə, onda Azərbaycan müxtəlif variantları nəzərdən keçirə bilər. Yəni, bu o demək deyil ki, bu, ola bilməz. Mən belə hesab edirəm.

- Bəs İranın nüvə proqramı ilə bağlı mövqeyiniz necədir? Sizin fikrinizcə, onların bu cür hüququ varmı?

- Bilirsiniz, beynəlxalq qaydalara uyğun olaraq, hər bir ölkə nüvə enerjisini tədqiq etmək hüququna malikdir. Biz bu məsələyə hüquqi cəhətdən baxırıq. Hər bir ölkə, təbii ki, müəyyən beynəlxalq təşkilatların qaydaları əsasında bunu edə bilər və bu, onun hüququdur. Əgər Azərbaycan öz nüvə enerjisini inkişaf etdirmək istəsə, bu da Azərbaycanın hüququdur. Yəni, bu gün Orta Şərqdə bəzi ölkələr var ki, onlar da bu variantdan istifadə etmək istəyirlər. Bu, məsələnin bir tərəfidir.

Məsələnin digər tərəfi, bizim Avropa və Amerikadakı tərəfdaşlarımızın narahatlığı ilə bağlıdır. Bu narahatlıq da nəzərə alınmalıdır. Yəni, normal bir çərçivə müəyyən edilməlidir ki, vəziyyətə aydınlıq gətirilsin və bununla İrana işlərin davam etdirilməsi üçün əsaslar yaradıla bilər. Mən hesab edirəm ki, əgər bunlar davam etdirilərsə, danışıqlar yolu ilə vəziyyətin aydınlaşdırılmasına gətirib çıxara bilər. Bu günlərdə belə məlumatlar və bəyanatlar var ki, nüvə proqramı dinc məqsəd daşıyır. Bizim əsaslarımız yoxdur ki, buna inanmayaq. Biz hər hansı bir məsələni beynəlxalq hüquq baxımından nəzərdən keçirməliyik. Əgər məndən Dağlıq Qarabağ məsələsi ilə bağlı soruşurlarsa, mən də beynəlxalq hüquq normaları və prinsiplərinə, ərazi bütövlüyü prinsipinə, beynəlxalq hüququn əsas vacib elementinə istinad edirəm.

O ki qaldı millətlərin öz müqəddəratını təyin etməsinə, bu da vacib bir elementdir və hüquqdur. Lakin bu, ərazi bütövlüyü çərçivəsində özünü büruzə verə bilər. Digər ölkələrə gəldikdə isə, milli azlıqlara muxtariyyət verilə bilər.

Ona görə Dağlıq Qarabağ məsələsini bir yana qoyaraq, hesab edirəm ki, İrana və onun nüvə proqramına gəldikdə, buna da eyni bir əsaslarla yanaşmaq lazımdır. Çünki əgər hər hansı bir qərar kiminsə istək və arzularına əsaslansa, bu, bütün beynəlxalq münasibətlər sistemini pozacaqdır.

- Bilirsiniz ki, bəzi hallarda siyasi münaqişələr baş verir. Məsələn, Gürcüstan ilə Rusiya arasında. Bu baxımdan Azərbaycan kimin tərəfini tutur?

- Yox, biz heç bir tərəfi tutmuruq. Biz bu münasibətlərin, ölkələr arasında olan əlaqələrin bir hissəsi deyilik. Məhz bizim də uğurumuzun əsas amili ondan ibarətdir ki, heç vaxt ölkəmizə aid olmayan məsələyə müdaxilə etmirik. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq. Eyni zamanda, digər ölkələrə də icazə vermirik ki, bizim işlərimizə müdaxilə etsinlər. Bir sözlə, biz dövlətlərarası münasibətlərə müdaxilə etmirik. Bizim Birləşmiş Ştatlarla yaxşı münasibətlərimiz var. Rusiya ilə çox yaxşı münasibətlərimiz mövcuddur. Hər iki ölkə ilə əməkdaşlıq edirik. Ruslar bizim qonşularımızdır, ölkələrimiz həmsərhəddir. Bizim çox yaxşı iqtisadi münasibətlərimiz var. Birləşmiş Ştatlar bizim tərəfdaşımızdır və Azərbaycanda ən böyük sərmayədarlardan biridir. Həmin ölkə bizim enerji layihələrimizi çox fəal surətdə dəstəkləmişdir və buna görə də onlara minnətdarıq.

Yeri gəlmişkən, Azərbaycan elə bir ölkədir ki, orada digər ölkələrin maraqları bir-birilə ziddiyyətə girmir və yaxud da hər hansı bir ziddiyyətli mühit yaratmır. Burada əməkdaşlıq var. Əgər hansısa bir ölkə bizimlə əməkdaşlıq edirsə, daxili məsələlərimizə müdaxilə etmirsə, onda işlərimiz yaxşı gedir. Ona görə mən hesab edirəm ki, əməkdaşlığın aparılması, gərginliyin aradan qaldırılması və mövqelərin üst-üstə düşməsi vacibdir. Bizim regionda çox ehtiyatlı olmalıyıq, çünki burada böyük ölkələrin maraqları var. Onların özlərinin strateji maraqları var və bizim özümüzün ərazimiz var, öz təbii sərvətlərimiz mövcuddur. Biz olduqca mühüm nəqliyyat infrastrukturuna malikik və bu baxımdan istəyirik ki, daha çox və geniş əməkdaşlıq aparaq. Bizim uğurumuz onu göstərir ki, siyasətimiz düzgündür. Bu, olduqca vacibdir ki, biz dünyanı müxtəlif hissələrə bölməyək, bir düşərgədə və yaxud digər düşərgədə olmayaq. Biz, sadəcə, özümüzə arxalanırıq və hüququmuz var. Biz öz tərəfdaşlarımızla, dostlarımızla qarşılıqlı hörmət və ehtiram, bir-birinin işlərinə müdaxilə etməmək prinsipləri əsasında işləyirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO