RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BELÇİKANIN BAŞ NAZİRİ Gİ VERHOFSTADT İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Brüsseldə, Belçikanın Baş naziri Gi Verhofstadt ilə görüşmüşdür.
Görüşdə ikitərəfli münasibətlərin genişləndirilməsinin vacibliyi vurğulandı. Bildirildi ki, iqtisadi əlaqələrin hazırkı səviyyəsi qənaətbəxş deyil, lakin bunun genişləndirilməsi üçün potensial imkanlar böyükdür.
Ölkəmizlə Avropa Birliyi arasında energetika sahəsində əməkdaşlığın, iqtisadi əlaqələrin genişləndirilməsi üçün Belçika şirkətlərinin Azərbaycana yaxından cəlb olunmasının əhəmiyyəti, biznes forumunun keçirilməsinin vacibliyi vurğulandı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi edildi.
Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın Baş nazirini ölkəmizə səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.