Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

- Hörmətli cənab Prezident İon İliyesku!

Hörmətli xanımlar və cənablar!

Hörmətli cənab Prezident, ilk növbədə, məni Rumıniyaya səfərə dəvət etdiyinizə görə Sizə öz dərin təşəkkürümü bildirirəm. Mənə göstərilən qonaqpərvərliyə görə Sizə minnətdaram.

Rumıniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edir. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra Rumıniya onu tanıyan ilk ölkələrdən olmuşdur. Əlaqələrimizin inkişafı istiqamətində atılmış mühüm addımlar bizə siyasi, eyni zamanda iqtisadi və digər sahələrdə uğurla əməkdaşlıq etməyə imkan vermişdir. Bu əlaqələr həm ikitərəfli formatda, həm də regional əməkdaşlıq baxımından yüksək səviyyəyə qalxmışdır. Əlaqələrimizin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rumıniya Prezidenti cənab İliyeskunun müstəsna xidmətləri vardır. Əminəm ki, bu səfər də bizim ikitərəfli münasibətlərimizin inkişafına yeni təkan verəcəkdir. Səfər çərçivəsində imzalanmış sənədlər bizə imkan verəcək ki, həm siyasi, həm də iqtisadi və mədəni sahələrdə Rumıniya və Azərbaycan daha da yaxın olsunlar, xalqlarımız bir-birini daha yaxından tanısınlar.

Bu gün səmimi danışıqlar aparıldı, ikitərəfli münasibətlər müzakirə olundu, eyni zamanda, regionda və dünyada baş verən hadisələr haqqında fikir mübadiləsi aparıldı. Rumıniya ilə Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələrdir. Bizim iqtisadi potensialımız ildən-ilə güclənir və bu, əməkdaşlığımızı daha da gücləndirməyə imkan verir. Azərbaycanın iştirakı və rəhbərliyi ilə regionda həyata keçirilən nəhəng enerji, nəqliyyat layihələri həm ölkəmiz, həm region, həm də Azərbaycana dost olan digər ölkələr üçün böyük əhəmiyyətə malikdir.

Region üçün ən böyük təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında da fikir mübadiləsi aparmışıq. Bildiyiniz kimi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi zəbt olunmuş, bir milyon azərbaycanlı öz doğma torpaqlarından didərgin düşmüşdür.

Biz tələb edirik ki, bu münaqişə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin.

Rumıniya kimi, Azərbaycan da Avropa və Avratlantik strukturlarına inteqrasiya siyasəti aparır. Biz NATO ilə fərdi tərəfdaşlıq planı üzərində işləyəcəyik, eyni zamanda, Avropa Birliyi də Azərbaycanı yeni qonşuluq siyasətinə daxil etmişdir. Hər iki amil Azərbaycanın gələcək inkişafı üçün çox vacibdir. Biz Avratlantika strukturlarına inteqrasiya siyasətinə bundan sonra da sadiq qalacağıq.

Mən əminəm ki, bu səfərdən sonra Rumıniya ilə Azərbaycan arasında olan münasibətlər daha da inkişaf edəcək, yeni pilləyə qalxacaqdır. Bu isə bizə imkan verəcək ki, hər iki ölkə bundan sonra da müttəfiqlər kimi öz siyasətini aparsınlar, iqtisiadi potensialını gücləndirsinlər və regional əməkdaşlıq məsələlərində gələcəkdə də fəal iştirak etsinlər.

X X X

Sonra prezidentlər İlham Əliyev və İon İliyesku jurnalistlərin suallarına cavab verdilər.

SUAL: Mənim sualım cənab İliyeskuyadır. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Bu səfər zamanı keçirdiyiniz görüşlərdə Ermənistanın Azərbaycana təcavüzü məsələsi də müzakirə olunmuşdur. Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması faktına Sizin münasibətinizi bilmək istəyirəm. Dost ölkə kimi Rumıniya bu münaqişənin həllində Azərbaycana hansı köməyi göstərə bilər?

İON İLİYESKU: Biz həmişə bu münaqişə ilə bağlı Azərbaycanın mövqeyinə hörmətlə yanaşmışıq və bu məsələdə Azərbaycanı həmişə dəstəkləmişik. Azərbaycan sülh danışıqlarına sadiqdir və danışıqlar yolu seçmişdir. Məqsəd odur ki, münaqişə beynəlxalq hüquq normaları, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır. Biz həmişə beynəlxalq qurumların bu məsələnin həllində daha fəal rol oynamasının tərəfdarı olmuşuq. ATƏT artıq bu problemin həllində fəal rol oynayır və düşünürəm ki, Azərbaycanın yeni qonşuluq siyasətinə daxil edilməsindən sonra Avropa Birliyi də bu məsələdə daha fəal olacaqdır. Rumıniya isə həm NATO üzvü, həm də Avropa Birliyinin sərhədində yerləşən bir dövlət kimi bu geniş ərazidə baş verən bütün münaqişələrdən narahatdır.

SUAL: İmzalanmiş sənədlər arasında təhsil sahəsində əməkdaşlığı gücləndirmək barədə sənəd də vardır. Siz necə bilirsiniz, bundan sonra Rumıniya və Azərbaycan arasında tələbə mübadiləsi genişlənəcəkmi?

İON İLİYESKU: Bu sənədə görə nazirliklər arasında birbaşa münasibətlər yaranacaq və eyni zamanda, təhsil ocaqları arasında da əlaqələr gücləndiriləcəkdir. Əlbəttə ki, burada geniş tədbirlər nəzərdə tutulub, o cümlədən rektorların və tələbələrin görüşləri keçiriləcəkdir. Bundan başqa, tədqiqat sahəsində də geniş əməkdaşlıq aparılacaqdır.

SUAL: Mənim sualım hər iki prezidentədir. Siz həm iqtisadi, həm də siyasi sahədə əməkdaşlığın perspektivləri haqqında geniş məlumat verdiniz. Bizi maraqlandırır ki, ölkələrimiz arasında mədəni sahədə əlaqələrin perspektivləri necə olacaqdır?

İON İLİYESKU: İnanıram ki, artıq ölkələrimiz arasında mədəni sahədə müəyyən bir ənənə yaranmışdır və bu, gələcəkdə də inkişaf etdiriləcəkdir. Təhsil nazirlikləri arasında yaranmış münasibətlər və universitetlər arasında imzalanmış sənədlər də mədəniyyətin bir hissəsidir. Bu sahədə, həqiqətən, geniş imkanlar vardır və inanıram ki, gələcəkdə də bunlardan istifadə olunacaqdır. Rəssamlar, musiqiçilər bir-birilərinin ölkələrinə gedib-gələcək, mədəni tədbirlər keçiriləcəkdir. Bu sahədə imkanlar olduqca böyükdür.

İLHAM ƏLİYEV: Mən qeyd etmək istəyirəm ki, Rumıniya ilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə olduğu kimi, mədəni və humanitar sahələrdə də uğurla inkişaf edir. Bizim xalqlarımız həmişə bir-birinə böyük maraqla və hörmətlə yanaşmışlar. Bu gün imzalanan sənədlər arasında iki ölkənin humanitar sahədə gələcək inkişafını təmin edən sənədlər də vardır. Mədəni sahədə əlaqələrimizi gücləndirmək üçün, əlbəttə ki, biz bundan sonra daha da çox işləməliyik. Elm və mədəniyyət xadimlərinin qarşılıqlı səfərləri bu baxımdan böyük əhəmiyyət kəsb edir. Əminəm ki, başqa sahələrdə olduğu kimi, bu sahədə də, əlaqələrimiz daha da inkişaf edəcək və güclənəcəkdir. Amma hamı üçün aydındır ki, bunu etmək üçün gərək iqtisadi, maliyyə potensialı da güclü olsun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib