Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Sizin hamınızı ürəkdən salamlayıram və mənə göstərilən yüksək qonaqpərvərliyə, deyilən xoş sözlərə görə Sizə minnətdarlığımı bildirirəm.

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti iki ölkə arasında əməkdaşlıq üçün çox böyük əhəmiyyətə malikdir. Çox şadam ki, Rumıniya ilə Azərbaycan bütün sahələrdə əməkdaşlıq edirlər və bunun nəticəsində ölkələrimiz siyasi, iqtisadi və digər sahələrdə əlaqələrini gücləndirirlər. Mənim bu rəsmi səfərim də gələcək əməkdaşlığımız üçün yeni bir addımdır, yeni bir mərhələdir və şübhə etmirəm ki, bu səfərdən sonra əlaqələrimiz bütün sahələrdə daha da genişlənəcəkdir.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra daim Rumıniyanın dəstəyini görmüşdür və bunu bu gün də hiss edirik. Buna görə bir daha sizə və bütün rumın xalqına öz dərin minnətdarlığımı bildirirəm.

Müstəqilliyimizin ilk illəri Azərbaycan üçün çox ağrılı keçmişdir. Ölkədə xaos, anarxiya, hərc-mərclik hökm sürürdü, vətəndaş müharibəsi başlanmışdı, iqtisadi böhran yaşanırdı. Bir sözlə, Azərbaycanın müstəqil dövlət kimi yaşaması təhlükə altında idi. Yalnız Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə ölkəyə rəhbərliyə gəlməsindən sonra vəziyyət dəyişdi, sabitlik yarandı, böhrana son qoyuldu və bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Ölkəmiz çox sürətlə beynəlxalq təşkilatlara inteqrasiya edir.

Ölkəmizdə həm siyasi, həm də iqtisadi sahələrdə çox ciddi islahatlar aparıldı. Bu islahatların nəticəsində dünyada və regionda Azərbaycanın mövqeyi möhkəmləndi və indi iqtisadi inkişaf baxımından ölkəmiz bütün postsovet məkanında qabaqcıl yerlərdədir.

Ötən il keçirilmiş prezident seçkilərində də xalqımız son illər ərzində ölkədə aparılmış siyasətə öz dəstəyini bir daha bildirərək, yenidən Heydər Əliyev siyasətinə, Heydər Əliyev siyasi xəttinə səs verdi. Bu dövr ərzində ölkəmizin iqtisadiyyatı daha da güclənmişdir. Ümumi daxili məhsulun orta illik artımı on faizə bərabərdir. Azərbaycanda həyata keçirilən regional sosial–iqtisadi inkişaf proqramı nəticəsində ölkədə 70 mindən çox iş yeri açılmışdır. Dünyanın ən böyük enerji layihəsi uğurla həyata keçirilir - region və bütün dünya üçün böyük əhəmiyyət kəsb edən Bakı-Tbilisi–Ceyhan neft kəməri uğurla inşa edilir və yaxın zamanlarda biz onun açılışını qeyd edəcəyik. Bu, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsinin bariz nümunəsidir. Çox əlamətdar hadisədir ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Türkiyənin Ceyhan şəhərində tikilən böyük terminala ümummilli liderimiz Heydər Əliyevin adı verilmişdir.

Azərbaycan beynəlxalq aləmdə də öz mövqelərini möhkəmləndirir. Bizim NATO və Avropa Birliyi ilə əlaqələrimiz yeni pilləyə qalxıbdır. Azərbaycan NATO-ya fərdi tərəfdaşlıq planını təqdim edən ilk ölkələrdəndir. Avropa Birliyinin ölkəmizi yeni qonşuluq siyasətinə daxil etməsi də çox mühüm hadisədir və Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində gələcəkdə atılacaq addımlar üçün böyük bir zəmindir.

Əlbəttə, bizim müxtəlif ölkələrlə ikitərəfli əlaqələrimiz də sürətlə inkişaf edir və genişlənir. Bu baxımdan Rumıniya ilə Azərbaycan arasında olan əlaqələrə xüsusi əhəmiyyət veririk və deyə bilərəm ki, Azərbaycanın bu regionda ilk səfirliyi məhz Rumıniyada açılmışdır. Mən çox şadam ki, bu səfirlik uğurla işləyir, bütün aidiyyəti orqanlarla əlaqədədir. Bu da bizə imkan verir ki, Azərbaycan haqqında həqiqətlər, reallıqlar geniş rumın ictimaiyyətinə dolğun şəkildə çatdırılsın.

Mən bu səfərdən çox razıyam. Əminəm ki, bu səfərdən sonra bizim əlaqələrimiz daha da güclənəcəkdir. İmzalanmış sənədlər bunu deməyə əsas verir.

Bilirsiniz ki, ölkəmiz və region üçün ən təhlükəli, ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir.

Biz tələb edirik ki, bu münaqişə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Bizim üçün çox vacibdir ki, Rumıniya dövlətinin mövqeyi də məhz bundan ibarətdir və hörmətli cənab Prezident İon İliyesku dünən mətbuat konfransında və digər çıxışlarda bu mövqeyi açıq şəkildə bəyan etmişdir. O demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Sizin ölkənizin bu açıq bəyanatı və bizə açıq dəstəyi bizim üçün çox vacibdir və mən əminəm ki, münaqişənin nizama salınması istiqamətində öz rolunu oynayacaqdır.

Biz bütün dövlətlərin ərazi bütövlüyünü tanıyırıq. Əlbəttə, tələbimiz ondan ibarətdir ki, bizim də ərazi bütövlüyümüz bərpa edilsin, Ermənistan öz işğalçı siyasətindən əl çəksin, işğal olunmuş torpaqlardan çıxsın və bir milyondan artıq qaçqın və köçkün öz doğma torpaqlarına qayıda bilsin. Onu da qeyd etmək istəyirəm ki, Birləşmiş Millətlər Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dörd qətnamə qəbul edibdir və bu qətnamələrdə deyilir ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Biz istəyirik ki, dünyada ikili standartlar siyasətinə son qoyulsun və Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş qərarlar icra olunsun. Bu məsələ ilə əlaqədar Rumıniyanın birmənalı mövqeyi və digər Avropa ölkələrinin bizə verdiyi dəstək münaqişənin həllində böyük rol oynaya bilər. Bu münaqişə öz həllini taparsa, regionda sülh bərqərar olunar, təhlükəsizlik möhkəmləndirilər və bütün maneələr aradan qaldırılar. Biz istəyirik ki, regiondakı bütün xalqlar əmin-amanlıq şəraitində yaşasınlar.

Əziz dostlar, bir daha qeyd etmək istəyirəm ki, mənim Rumıniyaya rəsmi səfərim çox mühümdür. Mən bu səfərə böyük əhəmiyyət verirəm və şadam ki, o, çox uğurlu keçir. Qeyd etdiyimiz kimi, ölkələrimiz arasında əlaqələr çox yüksək səviyyədədir. Çox şadam ki, insanlarımız arasında da mehriban münasibət vardır. Mən Rumıniyaya böyük nümayəndə heyəti ilə gəldim. Burada aparılan danışıqlar, söhbətlər və imzalanmış sənədlər gələcək əməkdaşlığımız üçün çox gözəl şərait yaradır. Biz istəyirik ki, əlaqələrimiz bütün sahələrdə və bütün səviyyələrdə inkişaf etsin. Hökumətlərarası birgə komissiya daha fəal işləməlidir, parlamentlərarası əlaqələr güclənməlidir, humanitar sahədə əməkdaşlıq da yeni mərhələyə çıxmalıdır. Mən ümid etmək istəyirəm ki, bu səfər bütün sadaladığım məsələlərə təkan verəcəkdir.

Əlbəttə, mənim üçün çox önəmli və əzizdir ki, burada, Rumıniya torpağında xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılmışdır. Bu, iki ölkə arasında olan əlaqələrə çox müsbət təsir göstərəcəkdir. Bunun Azərbaycan və rumın xalqları arasında mehriban və səmimi münasibətlərə də güclü təsiri olacaqdır. Buna görə mən Rumıniya dövlətinə və hökumətinə, şəxsən cənab İon İliyeskuya öz minnətdarlığımı bildirirəm. Çox istərdim ki, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri də tez-tez Azərbaycana gəlsinlər, biz daha da sıx əlaqədə, təmasda olaq və Cəmiyyətin fəaliyyəti bundan sonra da xalqlarımızın yaxınlaşmasına xidmət etsin.

Verilən ödüllərə və dediyiniz xoş sözlərə görə sizin hamınıza bir daha öz dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Rumıniya ilə Azərbaycan arasında olan əlaqələr yüksələn xətt üzrə davam edəcəkdir.

X X X

Sonra Prezident İlham Əliyev müxtəlif cəmiyyətlərin və qurumların rəhbərləri və üzvlərinin hər biri ilə görüşərək, səmimi söhbət etdi və onlarla xatirə şəkli çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib