Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSANIN “FİQARO” QƏZETİNƏ MÜSAHİBƏSİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSANIN “FİQARO” QƏZETİNƏ MÜSAHİBƏSİ
 Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Prezident sarayında Fransanın “Fiqaro” qəzetinin redaktor müavini Pyer Ruselinə müsahibə vermişdir.
AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.
- İcazənizlə, söhbətimizə neft və qaz məsələsindən başlayım və belə bir sual verim: ötən yay Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istismara verildiyini və bu il qaz boru kəmərinin işə düşməsini nəzərə alaraq, Sizin fikrinizcə, neft və qaz idxalında mənbələrin müxtəlifləşdirilməsində Azərbaycan Avropaya hansı köməyi göstərə bilər?
- Neft və qaz layihələrimizi başladığımız zaman biz, əlbəttə ki, Avropa bazarlarındakı enerji məsələsi ilə bağlı bu cür vəziyyətin yaranacağını bilmirdik. Buna görə də, artıq çəkilmiş neft və qaz boru kəmərləri nəinki bizim öz tələbatlarımızın, həm də dünya bazarlarına etibarlı çıxışın təmin edilməsinə yönəlibdir. Çünki əvvəllər Azərbaycanın dünya bazarlarına birbaşa çıxışı olmayıb və bu boru kəmərinin tikintisi zəruri xarakter almışdır. Neft və qaz boru kəmərləri artıq çəkilibdir. Bakıdan Ceyhana çəkilmiş boru kəməri artıq istifadə olunur və onunla nəql edilən neftin həcmi artmaqdadır. Bu il biz gündə təqribən bir milyon barrel neft hasil edəcəyik. Türkiyəyə və oradan Yunanıstan vasitəsilə Avropaya çıxışı təmin edən qaz boru kəməri də artıq çəkilib və biz bir trilyon kubmetr təbii qaz ehtiyatı olan nəhəng “Şahdəniz” yatağında hasilat əməliyyatlarını başlamalıyıq. Ümid edirik ki, hasilat yaxın vaxtlarda başlayacaqdır.
Belə oldu ki, boru kəmərləri tikintisinin başa çatması Avropada enerji təhlükəsizliyinin gündəliyə çıxması ilə üst-üstə düşdü. Bu, böyük və müsbət hadisə oldu. Ona görə də Avropa İttifaqı ilə Azərbaycan arasında olan münasibətlərdə artıq bu müddəa var və ötən ilin noyabr ayında Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair memorandum imzalanmışdır. Hazırda biz Avropa ilə Azərbaycan arasında əməkdaşlığın yeni sahəsinə qədəm qoyuruq. Azərbaycan etibarlı tərəfdaşdır və bu günə qədər beynəlxalq şirkətlər ilə həyata keçirdiyimiz enerji layihələri çox uğurlu olmuşdur. Biz məsuliyyətli tərəfdaşıq və Avropanın enerji bazarında etibarlı təchizat mənbəyinə çevriləcəyik.
- Əvvəlcə Ukrayna, sonra isə Gürcüstan və indi isə Azərbaycanla neft və qaz qiymətləri mübahisəsindən sonra Sizin Rusiya ilə münasibətləriniz necədir? Siz bu sahədə tam mənada müstəqilsinizmi?
- Bəli, biz müstəqilik. Amma bununla belə, son dörd-beş il ərzində biz Rusiya ilə çox fəal əməkdaşlıq etmişik. Biz əvvəlki vaxtda Rusiyadan qaz alırdıq və öz qaz hasilatımız tələbatımızı tam ödəmədiyinə görə, həmin qazı elektrik stansiyalarında istifadə edirdik. Biz öz tələbatımızın yarısı həcmində qaz hasil edirik. Buna görə də daha səmərəli iqtisadi dividendləri əldə etmək üçün və bundan əlavə, elektrik stansiyaları üçün ekoloji cəhətdən daha təmiz enerji daşıyıcısını istifadə etmək məqsədi ilə biz  Rusiyadan min kubmetri 110 ABŞ dollarına 4,5 milyard kubmetr həcmində qaz alırdıq. Bu qiymət təqribən digər keçmiş Sovet İttifaqı respublikalarına da tətbiq olunurdu. Bu il onlar Azərbaycan üçün min kubmetrin qiymətini 235 dollara qaldırmışdılar. Biz bundan birmənalı şəkildə imtina etdik. Biz Rusiya vasitəsilə nəql etdiyimiz neftimizi elektrik stansiyalarını təchiz edəcək yanacağa çevirmək üçün onu neft emalı zavodlarına yönəltdik. Beləliklə, “Qazprom”la qaz əməkdaşlığımız bitdi. Biz bundan əziyyət çəkmirik. Əlbəttə ki, biz bu əməkdaşlığı qəbul oluna biləcək qiymətlə davam etdirmək istədik, lakin onun olduqca yüksək və qeyri-faydalı olmasını gördükdə, razılıq vermədik.

- Sizin fikrinizcə, Rusiya enerji daşıyıcılarını öz təsirini gücləndirmək üçün vasitə hesab edirmi?

- Bunu şərh etmək çətindir. Rusiya ilə ikitərəfli münasibətlərimizə gəldikdə, deyə bilərəm ki, bu, olduqca müsbət istiqamətdə inkişaf etmişdir və indi də inkişaf edir. Bizim bir çox ümumi layihələrimiz var və hesab etmirik ki, Azərbaycan üçün qazın qiymətinin qaldırılmasında siyasi məna var idi. Biz öz tələbatlarını ödəyən və böyük həcmdə enerji daşıyıcıları hasil edən ölkəyik. Ötən il ölkəmiz 30 milyon tondan çox neft hasil etmişdir.

- Gəlin, digər qonşunuz haqqında danışaq. Söhbət İrandan gedir. Son xəbərlərdə bu ölkənin adı nüvə böhranı ilə bağlanılır. Siz müəyyən hərbi əməliyyatların keçirilməsi ehtimalından narahatsınızmı? ABŞ və ya İsrail İrana qarşı hərbi əməliyyatlar keçirməyə cəhd edə bilər. Bu, Sizi narahat edirmi?

- Biz mövcud və potensial münaqişələrin olduğu bir regionda yaşayırıq. Ona görə biz region üçün təhdidləri minimal səviyyəyə endirməyə çalışmalıyıq. Regionun hər bir ölkəsi baş verə biləcək hərbi əməliyyatlardan əziyyət çəkəcəkdir. Bu, region üçün böyük fəlakət olardı. Biz hesab edirik ki, əməkdaşlıq və danışıqlar həll olunmamış məsələlərin aradan qaldırılması və ümumi həll variantının tapılmasında ən münasib yoldur.

- Zənnimcə, mən bu sualı ötən dəfə Sizə vermişdim, əgər İrana qarşı hərbi əməliyyatlar keçirilərsə, onda Azərbaycanın mövqeyi necə olacaqdır? Siz ərazinizdən uçuşlara icazə verərsiniz, yoxsa?..

- Biz heç vaxt elə bir addım atmarıq ki, qonşulara ziyan dəysin. İran qonşumuzdur və bizim çox yaxşı münasibətlərimiz var. İranda milyonlarla azərbaycanlı yaşayır. Bu, təqribən 30 milyon insandır. Bizim hökumətlərarası sazişimiz var və orada qeyd edilir ki, ölkələrimizdə bir-birimizə qarşı heç bir addım atılmayacaqdır və ya bir-birimizə ziyan gətirəcək heç bir tədbir görülməyəcəkdir.
- Lakin bildirilir ki, İran Azərbaycanda müəyyən rol oynamağa çalışır və buradakı islamçı hərəkatları və partiyaları canlandırmaq istəyir. Bu məsələ narahatlıq doğururmu?
- Xeyr. Biz dünyəvi ölkəyik. Bizim tamamilə fərqli olan idarəçilik strukturumuz var. Dini amil və ya ekstremizm narahatlıq doğura biləcək məsələ kimi Azərbaycanda mövcud deyildir. Biz nəinki Konstitusiyaya əsasən, həm də insanların gündəlik həyatı timsalında dünyəvi ölkəyik. Ona görə də, bu, bizim üçün təhlükə, bizi narahat edə biləcək məsələ deyildir. Azərbaycanda bir çox müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Burada bir çox millətlərin nümayəndələri yaşayır. Biz olduqca yüksək dözümlülük səviyyəsi və bütün ənənələrə hörmətlə yanaşması ilə seçilən çoxmillətli ölkəyik. Eyni zamanda, ölkəmizdə din dövlətdən ayrıdır.
- Eşitdim ki, Moskvada bir görüş keçirilibdir. Görüş Sizin və Ermənistanın xarici işlər nazirləri arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı təşkil olunmuşdur. Bu məsələdə irəliləyiş nə yerdədir?
- Əfsuslar olsun ki, hələlik heç bir nəticə yoxdur. Bu, əsasən Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlıdır. Bu ölkə beynəlxalq hüququn bir çox elementlərini pozur və Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlı qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Ərazimizin 20 faizi işğal altındadır. Etnik təmizləmə siyasəti başa çatdırıldıqdan və nəinki Dağlıq Qarabağın özündən, həm də onun ətrafındakı ərazilərdən sonuncu azərbaycanlı qovulandan sonra, onlar bu yaxınlarda qondarma konstitusiya ilə bağlı “referendum” keçirmişlər. Bu, tamamilə qanunsuz bir hərəkət idi. Bütün beynəlxalq təşkilatlar bunu pislədi. ATƏT, o cümlədən bu təşkilatın Minsk qrupunun həmsədrləri olan Birləşmiş Ştatlar, Fransa və Rusiya, habelə Avropa İttifaqı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM, Türkiyə - hamı bu addımı pislədi və bəyan etdilər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bundan əlavə, Azərbaycanın ərazi bütövlüyü Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınır və dəstəklənir. Ona görə də Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan qoparmağa yönəlmiş bütün cəhdləri heç bir uğur gətirməyəcək və belə cəhdlərin heç bir gələcəyi yoxdur. Onlar, sadəcə, anlamalıdırlar ki, bu, heç vaxt baş tutmayacaqdır. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç vaxt razılıq verməyəcəkdir. Onlara Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək səviyyəli muxtariyyət təklif olunur.
Bu cür muxtariyyətin nümunələri bir çox ölkələrdə var. Yəni, həmin yerlərdə azlıqlar azlıq kimi yaşayır. Azlıq olmaq o demək deyil ki, sən yaşadığın ərazini ölkədən qoparmaq hüququna maliksən. Dünyada yaşayan hər bir azlıq özünə müstəqillik tələb etsə, nələr baş verər? Bu, fəlakət olar. Bir çox ölkələrdə azlıqlar var və həmin dövlətlər normal yaşayır.
Bizim də təklif etdiyimiz ondan ibarətdir ki, Dağlıq Qarabağ erməniləri Azərbaycanın hüdudları çərçivəsində mümkün yüksək muxtariyyət statusuna malik ola bilərlər. Lakin onlar buna razılaşmır. Onlar beynəlxalq dəstəyə göz dikiblər və bu dəstək də get-gedə azalır. Onlar erməni lobbisinə arxalanırlar. Həmin lobbi isə ermənilərin müxtəlif ölkələrdəki təcavüzkar hərəkətlərini dəstəkləyir. Lakin bunun yalnız müvəqqəti təsiri var. Bu gün Ermənistan öz qüdrətini artıran və hər bir baxımdan - iqtisadi, siyasi, hərbi cəhətdən çox güclənən Azərbaycanla rəqabət apara bilməz. Yaxşısı budur ki, onlar bu gün təqdim olunan təklifləri anlasınlar. Sabah və yaxud bir ildən sonra təkliflərimiz daha da sərtləşə bilər. Belə olarsa, onlar özlərini daha çətin vəziyyətə salacaqlar. Bir sözlə, 2006-cı ilin heç bir nəticəsiz başa çatmasının səbəbi Ermənistanın siyasəti ilə bağlıdır.
Mən Sizə əlavə bir məsələni deyə bilərəm. Prezident Şirak hər iki ölkənin başçısını Fransaya dəvət edərək, Rambuye qəsrini onların ixtiyarına verdiyi vaxt, Ermənistan Prezidenti danışıqları sonuncu mərhələ ərəfəsində tərk etmişdir. Biz birinci gün görüşdük və nəzərdə tutulurdu ki, ikinci gün də görüş olacaqdır. Hətta planlaşdırılırdı ki, Prezident Şirak da sonda bizə qoşulacaqdır. Lakin Ermənistan Prezidenti imtina etdi və olduqca müəmmalı səbəb gətirərək, danışıqları yarımçıq qoyub getdi. Məhz bu, onların yürütdüyü siyasətin açıq-aydın təzahürüdür. Onlar məsələni yubandırmaq, vaxt udmaq istəyirlər. Bilmirəm, onlar bunu nəyə arxalanaraq edirlər? Bununla belə, uğursuz danışıqların ağırlığını bizim üzərimizə atmaq istəyirlər. Lakin bütün beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupu görür ki, məhz onların siyasəti nəticəsində münaqişənin həlli baş tutmur. Beləliklə, vaxt keçdikcə, kimin hansı vəziyyətdə olduğu bəlli olacaqdır. Biz danışıqları daimi apara bilmərik.
- Azərbaycan tərəfindən bildirilir ki, əgər bu məsələ ATƏT və ya onun Minsk qrupu çərçivəsində öz həllini tapmasa, onda bəlkə Birləşmiş Millətlər Təşkilatı bununla məşğul olsun?
- Bu, tam Sizin təsvir etdiyiniz kimi deyildir. Biz hazırda hesab etmirik ki, Minsk qrupu hər hansı digər təşkilat ilə əvəz edilsin. Lakin eyni zamanda düşünürük ki, əgər digər təşkilatlar da bu məsələ ilə məşğul olsa, bunun faydası ola bilər. Misal üçün, iki il bundan əvvəl Avropa Şurası münaqişə ilə bağlı qətnamə qəbul etmişdir və orada aydın şəkildə deyilir ki, Ermənistan Azərbaycana qarşı təcavüz edibdir. Bu, həll üçün yeni əsas yaradan müsbət siyasi bəyanat idi. Avropa İttifaqı Ermənistan və Azərbaycanla imzaladığı beşillik proqrama bu məsələ ilə bağlı müddəanı əlavə etmişdir. Avropa İttifaqı ilə imzaladığımız Yeni qonşuluq siyasəti haqqında sənəddə ölkəmizin ərazi bütövlüyü aydın şəkildə tanınır. Bunlar vacib rol oynayır. Eyni sözləri Birləşmiş Millətlər Təşkilatına da şamil etmək olar. Daha sonra, GUAM təşkilatı var. Onun dörd üzvü var və onların üçündə eyni münaqişə mövcuddur. Onlar bu məsələ ilə bağlı BMT-də təşəbbüs irəli sürmüşlər və bu, hazırda müzakirə olunmaqdadır. Bu, formatı dəyişmək cəhdi kimi qəbul edilməməlidir, müzakirəni daha da genişləndirmək səyləri ilə bağlıdır. Təbii ki, Ermənistan buna qarşı çıxır, çünki onlar hesab edirlər ki, beynəlxalq təşkilatlar bu münaqişə haqqında nə qədər az məlumatlı olsalar, bu, onların xeyrinə olacaqdır. Onlar münaqişənin nəticələri ilə bağlı ictimai rəyi çaşdırmağa çalışırlar. Lakin bu, baş tutmur və hamının bu haqda məlumatı var. Məhz bu səbəbə görə biz məsələnin digər təşkilatlarda da müzakirə etmək təşəbbüsünü irəli sürmüşük.
- Burada hər hansı beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi varmı? Bu, Ermənistan üçün problem ola bilərmi?
- Mən belə hesab etmirəm. Fikrimcə, əgər onlar bütün qoşunları işğal olunmuş ərazilərdən çıxarsalar, Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etmək üçün müəyyən müddət beynəlxalq sülhümühafizə əməliyyatları aparıla bilər. Biz buna etiraz etmirik. Bu, hətta, Ermənistan həmin məsələnin üzərində dayandığı halda da baş tuta bilər, çünki həmin qüvvələr bizə lazım deyildir. Əgər onlar öz rahatlığını təmin etmək istəyirlərsə və yaxud münaqişənin yenidən başlanması ehtimalından çəkinirlərsə, onda biz bunu müzakirə edə bilərik. Lakin bu günə qədər bizim aramızda heç bir beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi olmamışdır. Yəni, özümüz təmas xəttindəyik.
- Əgər bu məsələdə Rusiya, Avropa İttifaqı və ya Birləşmiş Ştatların roluna gəlsək, Sizin fikrinizcə, hansı tərəf öz təzyiqini artırmalıdır?
- Onların hamısı. Minsk qrupu sizin indicə qeyd etdiyiniz həmsədr ölkələrdən ibarətdir. Onlar vahid heyət kimi işləyir və bizə yardım etməyə çalışırlar. Rusiya, Fransa və Birləşmiş Ştatların nümayəndələri bizimlə görüşməyə gəlir, məsələnin həllinə kömək məqsədi ilə Azərbaycana və Ermənistana səfərlər edirlər. Eyni zamanda, prezidentlər və xarici işlər nazirləri arasında müzakirə olunan məsələləri yekun formaya salmağa çalışırlar. Biz onları bir qrup kimi dəyərləndiririk və hesab edirik ki, onlardan hər birini fərdi qaydada qiymətləndirməkdənsə, bu, ən münasib formatdır.
- Siz vaxt meyarının Azərbaycan və Ermənistan tərəfindən istifadə olunduğunu qeyd etdiniz. Lakin vaxt məhduddur və bəlkə də, məsələ yubansa, daha pis olar. Siz məsələnin hərbi yolla həllini nəzərdə tutursunuzmu və Azərbaycanın hərbi baxımdan inkişafını necə görürsünüz?
- Biz mümkün olan həll yollarının heç birini istisna edə bilmərik. 12 illik atəşkəsdən sonra Azərbaycanın münaqişənin sülh danışıqları əsasında həllinə sadiq olması faktı bizim iradəmizi aydın şəkildə nümayiş etdirir. Lakin 12 il danışıqlar aparmaq və bu müddət ərzində ərazilərin işğal altında qalmasına dözmək və heç bir nəticə olmasa da, işğala yenə də sülh yolu ilə son qoymağa çalışmaq, ola bilsin ki, tarixdə ən nadir hallardan biridir. Gələcəkdə biz bu danışıqları nə qədər aparmalıyıq? Əlavə on iki il də gözləməliyik? Bu, belə olmayacaqdır. Burada vaxt məhdudiyyəti və səbrin hüdudları var. Ötən illər ərzində, yəni on il bundan əvvəl, Ermənistan ilə Azərbaycan arasındakı qüvvələrin tarazlığı siyasi əhəmiyyət baxımından müəyyən dərəcədə eyni idi. Bəlkə də, onlar daha üstün vəziyyətdə idilər, çünki onlarınkı kimi, bizim Qərbdə və digər ölkələrdə güclü lobbimiz yox idi. Bunu, iqtisadi və hərbi baxımdan da demək olardı.
İndi isə, qüvvələrin tarazlığı dəyişibdir. İqtisadiyyatımız Ermənistanın iqtisadiyyatından təxminən 7 dəfə böyükdür. Bizim təkcə builki hərbi büdcəmiz Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. 2007-ci il üçün hərbi xərclərimiz 1 milyard ABŞ dolları səviyyəsində nəzərdə tutulur. Dövlət büdcəmiz 6,5 milyard dollardır. Ermənistanın büdcəsi isə, yalnız 1 milyard dollardır. Bir sözlə, bu, aydındır.
Bundan əlavə, gələcək üçün iqtisadi perspektivlər də genişdir. Dünya Bankının qənaətinə görə, Azərbaycan gələn iyirmi il ərzində enerji layihələrindən 140 milyard dollar əldə edəcəkdir. Bu, həddindən artıq böyük həcmdə maliyyə vəsaitidir. Biz həmin vəsaitləri güclü ölkə qurmaq üçün sərf edirik. İnsanlara daha yaxşı əmək haqları, pensiyalar verməyə, iş yerləri və infrastruktur yaratmağa çalışırıq. Lakin eyni zamanda, bir Prezident kimi mənim üçün və hesab edirəm ki, bütün Azərbaycan vətəndaşları üçün Dağlıq Qarabağ münaqişəsinin həlli bir nömrəli məsələdir. Ölkənin iqtisadi potensialı, siyasi əhəmiyyəti və çəkisi, enerji sahəsində əməkdaşlığı və sair meyarlar əsasında Azərbaycanın öz məqsədinə çatmaq, yəni torpaqlarını azad etmək iqtidarında olmasını hesablamaq çətin deyildir. Biz bunu sülh yolu ilə etmək arzusundayıq və müharibənin yenidən başlanmasını istəmirik. Lakin başqa yol qalmasa, heç nəyi istisna etmək olmaz.
- Bəs, bu cür böyük hərbi büdcə ilə Siz nə edəcəksiniz? Silah alacaqsınızmı?
- Bəli. Biz bir çox silahları alırıq. Yəni bizim müdafiə gücümüzü möhkəmləndirəcək daha çox silahları almaqdayıq.
- İkitərəfli məsələlərə gəldikdə, Sizin Fransaya dövlət səfərinizin əsas məqsədi nədən ibarətdir?
- Prezident seçildikdən sonra mən bir neçə dəfə Parisdə səfərdə olmuşam. Yeri gəlmişkən deyim ki, Prezident kimi mənim ilk rəsmi səfərim məhz Fransaya olmuşdur. Bu, seçkilərdən üç ay sonra, 2004-cü ilin yanvar ayında baş tutdu. Daha sonra mən Fransaya bir neçə dəfə işgüzar səfər etmişəm. Lakin bu dəfə dövlət səfəri olacaq. Bu, ən yüksək səviyyəli səfərdir və gələcəkdə ikitərəfli münasibətlərimizin inkişafında çox böyük rol oynayacaqdır. Mən Prezident Şirakla dəfələrlə görüşmüşəm. Bizim ikitərəfli münasibətlər, regional inkişaf və təbii ki, Dağlıq Qarabağ məsələsinin həllinə dair olduqca səmimi və dostcasına müzakirələrimiz olmuşdur. İndiki səfər fikir mübadiləsi aparılması üçün əlavə bir imkan olacaqdır.
Ölkələrimiz arasında çox gözəl siyasi əlaqələr var. İqtisadi əməkdaşlıq artır. Fransa şirkətləri Azərbaycanın müxtəlif sahələrində çox fəaldır. Biz Fransa sənayesinin bir çox məhsullarını, məsələn, milli hava şirkətimiz üçün “Airbus” təyyarələri alırıq. Bu il “Azərbaycan Hava Yolları” üçün əlavə Fransa təyyarələrinin alınması ilə bağlı daha bir müqavilə imzalanacaqdır. Vertolyotlar və bir çox digər məhsullar da alınır.
Təbii ki, Azərbaycanın maliyyə resursları artdıqca, biz ticarət münasibətlərimizi daha da genişləndirmək imkanlarına malik olacağıq. Bizim bir çox infrastruktur və inkişaf layihələrimiz var. Fransa şirkətlərinin yaxşı nüfuzu və iş keyfiyyəti var və onlar Azərbaycanda daha fəal ola bilər. Əvvəlki səfərlərim zamanı fransız sahibkarları ilə MEDEF-də iki görüşüm olub və Azərbaycanda gələcək fəaliyyət sahələri müzakirə edilibdir. Bu görüşlərin çox yaxşı nəticəsi olmuşdur. Onlar ölkəmizə böyük şirkətlər qrupu ilə gəlmiş və müvafiq iş aparmışlar. Azərbaycanda biznes aparmaq sahəsində böyük imkanlar vardır. Ölkələrimiz və prezidentlər arasında çox güclü siyasi, dostluq münasibətləri olduğunu da nəzərə alsaq, biznes adamları üçün yaxşı fürsət yaranıb və bu gün seçim böyükdür.
- Üzr istəyirəm, insan hüquqlarını müdafiə təşkilatları və Avropa Şurası həmişə şikayətlənir ki, ölkənizdə vəziyyət daha da çətinləşir. Sizin cavabınız necə olardı?
- Mən elə hesab etmirəm ki, onlar bunu deyirlər. Fikrimcə, onlar deyirlər ki, vəziyyət daha da yaxşılaşır. Sizin məlumatınız artıq köhnəlibdir. Artıq altı ildir ki biz Avropa Şurasına üzv olmuşuq. Həmin təşkilata qəbul olunmaq məhz Azərbaycanın öz seçimi idi. Biz bunu qəsdən və ya kiminsə təzyiqi altında etməmişik. Təbii ki, qəbul olunduqda biz üzərimizə öhdəliklər götürmüşük və onları yerinə yetiririk. Həmin öhdəliklərin yerinə yetirilməsi, sadəcə, onunla bağlı deyil ki, bunu Avropa Şurası qarşısında etmək lazımdır. Bu, ölkəmizin inkişafına yardım edir. Buna görə də Avropa Şurasına qəbul olunduqdan sonra Azərbaycanın tənqid edildiyi bir çox məsələlər aradan qaldırıldı. Biz onları həll etdik. “Siyasi məhbuslar” məsələsi, demokratik proses öz həllini tapdı. Ölkəmiz Avropaya daha sıx inteqrasiya edən və daha açıq olan ölkəyə çevrilir. Ona görə də, son illər ərzində biz o qədər də tənqid yox, müsbət mesajlar alırıq. Tənqidə gəldikdə isə, o, hər zaman var. Demokratiya baxımından ən inkişaf etmiş ölkələr də bəzən Avropa Şurası tərəfindən tənqid edilir. Bu, normaldır. Tənqid obyektiv olduqda və bizim inkişafımıza xidmət etdikdə ona çox dözümlü yanaşırıq.
Bundan əlavə, mən sizə deyə bilərəm ki, ötən ilin noyabr ayında Avropa İttifaqı ilə imzalanmış beşillik proqram siyasi və iqtisadi mövzularla yanaşı, insan hüquqları və demokratik prosesə aid hissəni də özündə əks etdirir. Bu da bizim seçimimiz idi. Heç kəs bizi bunu imzalamağa məcbur etməmişdir. Bu addımı atdıq, çünki hesab edirik ki, bizə lazımdır. İndi biz Azərbaycanda olan iqtisadi, siyasi və demokratik meyarları Avropa İttifaqında olan meyarlara uyğunlaşdırmağa çalışırıq. Bu, bizə lazımdır və belə razılaşmalara gəlməyimizin və həmin öhdəlikləri götürməyimizin əsas səbəbidir.
Demək istəyirəm ki, Azərbaycan öz tələbatlarını ödəyən ölkədir, heç kimdən asılı deyilik. Bizim kadrlarımız və olduqca istedadlı insanlarımız var. Biz önəmli coğrafi məkanda yerləşirik. Ölkəmiz regional işlərə lazımi dərəcədə inteqrasiya olunubdur. İqtisadi baxımdan öz tələbatlarımızı ödəyirik. Bundan başqa, artıq başlanmış və gələcəkdə uzun illər, onilliklər ərzində davam etdiriləcək böyük neft və qaz hasilatı ilə biz artıq lazımınca formalaşmış dövlətik. Bu gün və sabah gücümüz yalnız və yalnız artacaqdır. Buna görə də biz hər hansı yardıma xüsusi ehtiyac duymuruq. Avratlantik məkana inteqrasiya ilə bağlı siyasətimiz və baxışlarımız, sadəcə, onunla bağlı deyil ki, kimsə gəlib bizə yardım etsin və ya problemlərimizi aradan qaldırsın. Bunun səbəbi ondan ibarətdir ki, biz bu yolu ölkənin gələcəyi üçün düzgün yol kimi qəbul edirik.
İqtisadi, siyasi və insan hüquqları sahələrinin inkişafı - bunlar hamısı bir-biri ilə bağlıdır. Ölkədə azad cəmiyyət olmalıdır. Əgər siz insan hüquqları baxımından dünya xəritəsinə baxsanız, görərsiniz ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu hüquqlar daha yaxşı müdafiə olunur. Niyə? Çünki onlar daha inkişaf etmiş ölkələrdir və orada insanların tələbatları ödənilir. Yoxsul ölkələrdə insanlar bir çox hallarda demokratiya haqqında düşünmürlər. Onlar özlərinin gündəlik tələbatları haqqında düşünürlər. Ona görə də daha demokratik cəmiyyətə doğru addım atmaq üçün biz, eyni zamanda, iqtisadiyyatı inkişaf etdirməli və insanlar üçün azad şəraiti təmin etməliyik. Sahibkarlığı inkişaf etdirməliyik. Tənzimləyici orqanlardan olan şəxslərin müdaxiləsini məhdudlaşdırmalıyıq. Özəlləşdirməni irəliyə aparmalıyıq. Özəl sektoru inkişaf etdirməliyik. Bu gün iqtisadiyyatımızın 76 faizini özəl sektor təşkil edir. Bu, irəliyə doğru aparan yoldur. Ona görə də hesab edirəm ki, demokratik gələcəyə doğru aparan yolda biz irəliləyişə nail olmuşuq.
- Sonuncu sualımı verim. Hazırda Fransada Türkiyənin Avropa İttifaqına qoşulması ilə bağlı mübahisələr gedir. Əminəm ki, Siz Türkiyənin həmin quruma daxil olmasını istəyirsiniz?
- Bəli. Əlbəttə ki, istəyirik. Bu, düzgün olardı.
- Siz bu ölkənin Avropa İttifaqına daxil olmasını necə əsaslandırardınız?
- İlk növbədə, onu deyim ki, Türkiyənin Avropa İttifaqının üzvü olmağa haqqı var, çünki bu məsələ uzun illər ərzində müzakirə edilmişdir. Bu yaxınlarda, Türkiyədən xeyli sonra müraciət etmiş ölkələr onun üzvünə çevrilmişlər. Həmin ölkələrdəki inkişaf səviyyəsi Türkiyənin səviyyəsindən o qədər də fərqlənmir. Ona görə də, fikrimcə, Türkiyənin Avropa İttifaqında olmağa tam hüququ var. Bu, Türkiyə və Avropa, habelə bütün region üçün vacibdir. Çünki Türkiyə qəbul olunarsa, bu, o deməkdir ki, Avropa İttifaqının sərhədləri bizim sərhədlərə çatacaqdır. Bu isə Cənubi Qafqaz ölkələrini Avropaya daha sıx bağlayacaqdır. Bundan əlavə, Avropa bizim regionda və Mərkəzi Asiyada fəaliyyətini daha da genişləndirə bilər. Bu, dini dözümlülük baxımından da çox vacibdir. Əgər Türkiyə Avropa İttifaqının üzvü olsa, onda bu təşkilatın xristian ölkələrin klubuna bənzəməsi barədə gəzən söhbətlərə son qoyulacaqdır. İndi həmin söhbətlər artmaqdadır. Bu, sivilizasiyalararası dialoq baxımından da əhəmiyyətlidir, çünki hazırda bu haqda da çox danışılır. Lakin, əslində vəziyyət fərqlidir və biz, əksinə, müxtəlif dinlərin nümayəndələri arasında gərginliyi görürük. Bu, hətta Avropada da müşahidə olunur. Bir sözlə, bu, regional inkişafa və region ölkələrinin Avropa İttifaqına inteqrasiyasına çoxtərəfli təsir göstərəcəkdir.
- Çox sağ olun.
- Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək VİDEO

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək VİDEO

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Bakı Mühəndislik Universiteti və “Xsolla Baku” IT sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar

Artritin diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir VİDEO

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir VİDEO

Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə 55 ölkədən 100 nəfər seçilib

Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir

Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinə həsr olunan yeni tədqiqat kitabı işıq üzü görüb

2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu