Azərbaycan Dövlət İnformasiya Agentliyi

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Bakı, 9 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb.

Məqalədə süni intellektin yalnız texnoloji yenilik kimi deyil, həm də yeni sosial-iqtisadi strukturun formalaşdırıcı amili kimi çıxış etməsi geniş şəkildə təhlil olunur.

Süni intellektin dayanıqlı cəmiyyətin yeni sosial-iqtisadi strukturunun formalaşmasına təsiri

Süni intellekt haqqında danışanda çox vaxt söhbət yeni proqramlardan, avtomatlaşdırılmış sistemlərdən və ya texnoloji rahatlıqlardan gedir. Halbuki məsələ daha dərindir. Süni intellekt artıq yalnız texniki yenilik deyil; o, iqtisadi dəyərin necə yaradıldığını, əməyin necə bölüşdürüldüyünü, dövlət xidmətlərinin necə təşkil olunduğunu, məlumatın kim tərəfindən və hansı məqsədlə idarə edildiyini dəyişdirən struktur amilə çevrilir. Yəni burada söhbət təkcə texnologiyanın tətbiqindən yox, bütöv sosial-iqtisadi münasibətlər sistemində təsir edən amil kimi qiymətləndirilməlidir.

Bu baxımdan “yeni sosial-iqtisadi struktur” anlayışı da təsadüfi deyil. Məsələ yalnız rəqəmsal alətlərin çoxalması ilə bitmir. Süni intellekt iqtisadi fəaliyyətin təşkili, əmək funksiyalarının bölgüsü, məlumatın strateji resursa çevrilməsi, yeni bacarıq iyerarxiyasının yaranması, dövlət-vətəndaş münasibətlərinin daha məlumat əsaslı formaya keçməsi və hüquqi-etik çərçivənin yenidən düşünülməsi ilə bağlıdır. Bu dəyişikliklərin hamısı birlikdə cəmiyyətin hansı inkişaf yolunu müəyyən etməsini göstərəcək.

Bununla yanaşı qeyd etmək lazımdır ki, hər texnoloji dəyişiklik struktur dəyişiklik demək deyil. Yeni proqram təminatı, yeni platforma və ya yeni alət müəyyən işi sürətləndirə bilər, amma bu, hələ sosial-iqtisadi münasibətlərin mahiyyətcə dəyişməsi anlamına gəlmir. Struktur dəyişikliyi o vaxt baş verir ki, son nəticədə istehsalın təşkili, qərarvermə məntiqi, bazar münasibətləri, əmək bölgüsü və dövlətin idarəetmə üsulları eyni vaxtda yenidən qurulur. Süni intellekt məhz bu səviyyədə cəmiyyətə təsir göstərmək potensialına malikdir.

Süni intellektin iqtisadiyyata ilk böyük təsiri məhsuldarlıq xəttində görünür. Şirkətlər üçün bu, proseslərin səmərəliliyinin artırılması, qərarvermənin sürətlənməsi, xərclərin azalması və yeni məhsul və xidmətlərin daha tez ortaya çıxması deməkdir. Amma burada xəyali təsvir qurmaq səhv olar. Fayda avtomatik və hamıya eyni ölçüdə yayılmır. Daha çox məlumat bazası, güclü infrastruktur, maliyyə resursları və ixtisaslı kadrları olan aktorlar daha sürətli uyğunlaşır, daha çox fayda görür. Nəticədə məhsuldarlıq artımı ilə yanaşı, yeni fərqlər də yaranır. Yəni süni intellekt həm imkan yaradır, həm də yeni problemlər doğurur və onlar ədalətli həll yollarını müəyyən etməsi zəruriyyətini tələb edir.

Burada sosial bərabərlik məsələsi ortaya çıxır. Əgər texnologiyaya, data resurslarına, keyfiyyətli təhsilə və yeni bacarıqlara çıxış hamıda eyni deyilsə, süni intellekt mövcud fərqləri daha da dərinləşdirə bilər. Süni intellektdən istifadə səviyyəsi, bacarıqları və məlumat resurslarına çıxış imkanları fərqli olan istifadəçilər arasında yeni səmərəlilik fərqləri formalaşa bilər. Bu səbəbdən rəqəmsal uçurum artıq yalnız internetə çıxışı olan və olmayan qruplar arasındakı fərqlə məhdudlaşmır; o, süni intellekt alətlərindən effektiv istifadə edə bilənlərlə bu imkanlardan yetərincə faydalana bilməyənlər arasında yaranan məhsuldarlıq və bacarıq fərqlərini də əhatə edir. İndi fərq süni intellektdən mənalı, peşəkar istifadə edə bilənlərlə bilməyənlər, məlumatı strateji resursa çevirə bilənlərlə bilməyənlər, yeni iqtisadi qaydalara uyğunlaşanlarla geridə qalanlar arasında yaranır. Bu isə əməkhaqqı bölgüsündən sosial hərəkətliliyə, orta təbəqənin sabitliyindən regional fərqlərə qədər geniş sahəyə təsir edir.

Bu proses əmək bazarında daha aydın görünür. Çoxlarının düşündüyü kimi, əsas məsələ iş yerlərinin birdən-birə kəskin yox olması deyil. Daha real ssenari işin daxilindəki tapşırıqların yenidən bölüşdürülməsidir. Gündəlik və təkrar olunan işlər (rutin) və standartlaşdırılmış koqnitiv tapşırıqlar daha çox avtomatlaşdırılır, analitik və yaradıcı tapşırıqlar isə ya tamamlanır, ya da yenidən dizayn olunur. Bu o deməkdir ki, gələcəkdə üstünlük, sadəcə, kompüterdən istifadə edənlərdə olmayacaq; texnologiya ilə birlikdə düşünə bilən, nəticəni şərh edən, etik riskləri anlayan və çevik uyğunlaşan insanlar daha güclü mövqedə olacaq.

Süni intellektin təsiri dövlət idarəçiliyi sahəsində də mühümdür. Daha sürətli analitika, proaktiv xidmətlər, qərar dəstək sistemləri və rəqəmsal əlaqə mexanizmləri dövlət xidmətlərini daha çevik və daha hədəfli edə bilər. Lakin bu sahədə də sadə texnoloji həll kifayət etmir. Məlumat keyfiyyəti, hüquqi çərçivə, institusional koordinasiya, təhlükəsizlik və insan nəzarəti olmadan belə sistemlər səmərəlilikdən çox etimad və legitimlik problemi yarada bilər. Yəni süni intellektin dövlət sektorunda uğuru proqram təminatının gücündən yox, idarəetmə keyfiyyətindən asılıdır.

Azərbaycan üçün bu mövzu ayrıca əhəmiyyət daşıyır. Çünki ölkədə son illər qəbul olunmuş strateji sənədlər süni intellekti artıq ayrıca dövlət prioriteti kimi təqdim edir. Burada məsələ yalnız texnologiya idxal etmək və ya yeni tətbiqləri sınaqdan keçirmək deyil. Məqsəd rəqəmsal iqtisadiyyatın genişlənməsi, dövlət xidmətlərinin çevikləşməsi, sahibkarlığın yeni dəyər yaratma formalarına keçməsi, data (informasiya) infrastrukturunun genişləndirilməsi, təkmilləşdirilməsi və insan kapitalının yeni mərhələyə uyğunlaşdırılmasıdır. Başqa sözlə, Azərbaycan üçün süni intellekt ayrıca texnoloji dəb yox, cəmiyyət və iqtisadiyyatın struktur modernləşmə vasitəsi kimi çıxış edir.

Belə olan halda əsas sual dəyişmir: Bu keçid kimə daha çox fayda verəcək? Əgər uyğunlaşma yalnız iri aktorlarda, böyük platformalarda və daha hazırlıqlı qruplarda baş verərsə, onda süni intellekt dayanıqlı inkişafı yox, yeni asılılıqları və mərkəzləşməni gücləndirəcək. Əgər hüquqi-etik çərçivə, məlumat idarəçiliyi, təhsil sistemi və institusional koordinasiya paralel şəkildə qurularsa, onda bu texnologiya daha inklüziv və dayanıqlı nəticələr verə bilər. Məhz buna görə süni intellektə yanaşma yalnız “nə qədər müasir texnologiyamız var?” sualı ilə məhdudlaşmamalıdır. Daha doğru sual budur: “Bu texnologiya cəmiyyətin hansı hissəsini gücləndirir, hansı hissəsini zəiflədir və bunu necə idarə etmək olar?”

Nəticə aydındır: Süni intellektə yalnız alət kimi baxmaq artıq yetərli deyil. O, yeni sosial-iqtisadi strukturun formalaşmasında iştirak edən, məhsuldarlıq, əmək bazarı, bərabərlik, dövlət idarəçiliyi və hüquqi legitimlik kimi sahələri eyni vaxtda dəyişən çoxsəviyyəli transformasiya amilidir. Bu transformasiyanın nəticəsi isə texnologiyanın özündən çox, onun hansı institusional və sosial mühitdə tətbiq olunacağından asılıdır. Dayanıqlı cəmiyyət də məhz buradan başlayır: texnologiya, sadəcə, tətbiq ilə tamamlanmır, onun yaratdığı yeni münasibətlər sistemini idarə etməyi bacaran, mənimsəyən cəmiyyətə məxsus olur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir