ŞƏT-ə sədrlik Pakistana öz güclü tərəflərini nümayiş etdirmək imkanı verəcək - ŞƏRH
Bakı, 5 sentyabr, AZƏRTAC
ŞƏT-in Bişkekdə keçirilmiş sammitində təşkilata üzv dövlətlərin başçıları Şurasında 2026–2027-ci illər üzrə sədrliyin Pakistana keçməsi qərara alınıb. Pakistan bu strukturda yeni deyil, 2017-ci ildə tamhüquqlu üzv olub. Lakin dövlət başçıları səviyyəsində sədr olmaq tamamilə başqa məsələdir. Bu, sədrliyin bütün dövrü üçün ümumi istiqaməti müəyyənləşdirir, blokun əsas siyasi gündəliyini formalaşdırır və bir böyük görüşün keyfiyyətinə görə qiymətləndirilir.
Bu fikirləri AZƏRTAC-a şərhində Avrasiya münasibətləri, resurs diplomatiyası və davamlı inkişaf üzrə ixtisaslaşmış Pakistan geoiqtisadiyyat analitiki və politoloqu İmran Bhatti bildirib.
O qeyd edib ki, sədrlik Pakistanın öz güclü tərəflərini nümayiş etdirməsinə imkan verəcək.
“ŞƏT plyus” formatı blokun regional platforma çərçivəsindən kənara çıxaraq qlobal dialoq platformasına çevrilmək istəyini ifadə edir. Pakistanın sədrliyi isə eyni ambisiyanın bir dövlət miqyasında təzahürüdür: müasir tarixinin böyük hissəsində diplomatiyanın obyekti olmuş ölkə indi siyasi gündəliyin müəyyənləşdirilməsində əsas söz sahibi olacaq. Masa arxasında yer almaq Pakistanın çoxqütblü dünyanın formalaşmasında iştirak edə biləcəyinin, sadəcə həmin dünyanın gündəliyində yer alan bənd olmadığının sübutudur”, – deyə İ.Bhatti qeyd edib.
Müəllif – Leyla Muradzadə