İranda yanacaq daşıyan yük avtomobilinin partlaması nəticəsində 10 nəfər ölüb
Qahirə, 5 sentyabr, AZƏRTAC
İranın qərbində yanacaq daşıyan yük avtomobilinin partlaması nəticəsində 10 nəfər həlak olub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə Həmədan-Sənəndəc avtomobil yolunda baş verib.
Sənəndəc şəhərinin qubernatorunun sözlərinə görə, yük maşını əyləc sistemində yaranan texniki nasazlıq səbəbindən qəza törədib. Qəza nəticəsində yanacaq daşıyan avtomobildə güclü yanğın baş verib və daha sonra partlayış qeydə alınıb.
Bildirilib ki, yanğın nəzarətə götürülüb. Hadisə nəticəsində daha 6 nəfər xəsarət alıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.09.2026 [23:04]
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşüb
- 05.09.2026 [22:21]
Kinşasada toy mərasimində yanğın baş verib: 22 nəfər həlak olub
- 05.09.2026 [21:41]
Gürcüstan hava limanları 4,6 milyondan çox sərnişinə xidmət göstərib
- 05.09.2026 [20:57]
Çin vətəndaşı 10 gündən sonra Nepaldakı daşqın bölgəsindən sağ tapılıb
- 05.09.2026 [20:49]
Cənubi Sudanda hərbi bazaya hücum nəticəsində 20 nəfər ölüb
- 05.09.2026 [17:54]
Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir VİDEO
- 05.09.2026 [14:57]