Almatıda onkoloji xəstələr üçün robotlaşdırılmış aptek kompleksi istifadəyə verilib
Astana, 6 sentyabr, AZƏRTAC
Almatı Onkologiya Mərkəzində robotlaşdırılmış aptek kompleksi və dərman preparatlarının qapalı şəkildə hazırlanması sistemi istifadəyə verilib.
AZƏRTAC Qazaxıstanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, yeni texnologiya dərmanların qəbulunu, saxlanmasını, hazırlanmasını və verilməsini avtomatlaşdırır. Sistem dərmanların dozasına nəzarət etməyə və preparatın pasiyentə çatdırılmasına qədər bütün mərhələləri izləməyə imkan verir.
Mərkəzdə 38 mindən çox pasiyent qeydiyyatdadır, hər il 27 mindən çox şəxsə tibbi yardım göstərilir. Son 8 ildə beşillik sağqalma göstəricisi 46 faizdən 75 faizə yüksəlib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana