Azərbaycanlı triatlonçu: Bu nəticəni gözləmirdim, amma bunun üçün çalışırdım
Bakı, 5 sentyabr, AZƏRTAC
Çox şadam ki, Azərbaycanda belə bir yarış keçirilir. Qələbə qazandığım üçün çox xoşbəxtəm. Bu nəticəni, açığı, gözləmirdim. Amma bunun üçün çalışırdım və məşqlərimi davam etdirirdim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında qadınlar arasında 18-24 yaş kateqoriyasının qalibi olan Azərbaycan təmsilçisi Leyla Abdulazizova deyib.
O bildirib ki, yarışın ən çətin mərhələsi qaçış olub: “Buna baxmayaraq, özümü yaxşı hiss edirdim və sona qədər mübarizə apardım. Dünya çempionatına vəsiqə qazandım. Orada gözləntilərim yüksəkdir. Ümid edirəm ki, ölkəmizi layiqincə təmsil edə biləcəyəm”.
Xatırladaq ki, “IRONMAN 70.3” yarışlarında dünyanın 62 ölkəsindən 1500 idmançı iştirak edib. “IRONMAN 70.3” yarışı 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21 kilometr qaçış mərhələlərini əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.09.2026 [20:27]
"Sabah" "Zirə"ni darmadağın edərək liderliyə yüksəlib
- 05.09.2026 [19:44]
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
- 05.09.2026 [19:20]
Üç azərbaycanlı atlet “IRONMAN 70.3” triatlon yarışının qalibi olub
- 05.09.2026 [15:50]
Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub
- 05.09.2026 [15:31]