Azərbaycan və Moldova enerji tənzimlənməsi üzrə təcrübə mübadiləsi aparıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Moldovanın Milli Enerji Tənzimləmə Qurumunun (ANRE) mütəxəssisləri arasında onlayn formatda görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı EMTA-nın Enerji tənzimləmə və monitorinq departamentinin Enerji monitorinqi sektorunun baş mütəxəssisi Ozal Feyzili təqdimatla çıxış edərək agentlik tərəfindən gücü 200 kilovatdan yuxarı elektrik qurğularının istismarına buraxılış aktının, eləcə də sənaye qaz qurğusunun istismarına icazənin verilməsi üzrə göstərilən xidmətlər və elektroenergetika sektorunda həyata keçirilən nəzarət tədbirləri ilə bağlı ətraflı məlumat verib.
Daha sonra ANRE-nin mütəxəssisləri elektroenergetika sektorunda tətbiq olunan nəzarət mexanizmlərinə və mövcud qanunvericiliyə dair Moldova təcrübəsini iştirakçılarla bölüşüblər.
Görüşün sonunda qeyd olunan mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [17:34]
AYNA: 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
- 04.09.2026 [16:31]
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
- 04.09.2026 [16:08]
Azərbaycanda üst geyim istehsalı 68 faizdən çox artıb – QRAFİK
- 04.09.2026 [16:05]
Sabah paytaxtın bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 04.09.2026 [15:38]
Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 12 faizdən çox artıb
- 04.09.2026 [15:01]