Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
Bakı, 4 sentyabr, AZƏRTAC
Təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) AZƏRTAC-a bildirilib ki, həmin ərazidə aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq. Bu müddət ərzində BŞDYPİ əməkdaşları yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar tənzimləmə işləri həyata keçirəcəklər.
İdarə hərəkət iştirakçılarını yaranacaq müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa və yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyənləşdirilmiş qaydalara riayət etməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [14:42]
Seneqallı nazir: İƏT Əmək Mərkəzinin dəstəyindən məmnunuq
- 04.09.2026 [14:30]
İƏT Əmək Mərkəzi Seneqalda keçiriləcək konqresin strateji tərəfdaşı olub
- 04.09.2026 [14:00]
Astanada Azərbaycanın sanatoriya-kurort potensialı təqdim olunub
- 04.09.2026 [13:54]