Xarici dil üzrə fəlsəfə doktoru imtahanından müvəffəqiyyət qazananlara şəhadətnamələrin verilməsinə başlanıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 25-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənləri üzrə keçirilmiş fəlsəfə doktoru imtahanından müvəffəqiyyət qazanan şəxslərə şəhadətnamələrin verilməsinə başlanıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, şəhadətnamə əldə edən şəxslər şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə sənədi DİM-in Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.
Şəhadətnaməni DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz və Şəmkir regional bölmələrindən əldə etmək istəyən şəxslər isə [email protected] ünvanına müraciət etməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surətini əlavə etməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [17:44]
Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Şirin Şahbazovla MÜSAHİBƏ VİDEO
- 04.09.2026 [17:43]
UNEC inklüziv ali təhsil modelini region universitetlərində tətbiq edir
- 04.09.2026 [17:42]
Əqli Mülkiyyət Agentliyi SOCAR əməkdaşları üçün təlimlərə başlayıb
- 04.09.2026 [17:06]
Akademik Nailə Vəlixanlının əsərlərinin biblioqrafiyası nəşr edilib
- 04.09.2026 [16:50]