BMU magistrantlarına Çində tam təqaüdlə təhsil imkanı
Bakı, 4 sentyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) magistrantları üçün Çin Xalq Respublikasında 100 faiz təqaüdlə təhsil almaq imkanı yaradılıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində BMU magistrantları üçün 5 təqaüd yeri ayrılıb. Təqaüd memarlıq, inşaat mühəndisliyi, ekologiya mühəndisliyi, informasiya texnologiyaları və mexanika mühəndisliyi ixtisaslarını əhatə edir.
Namizədlər sentyabrın 8-dək müraciət edə bilərlər. Sənədlər BMU-nun Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilməlidir.
Proqram BMU magistrantlarının beynəlxalq akademik mühitdə təhsil və tədqiqat imkanlarının genişləndirilməsi, eləcə də universitetin Çin ali təhsil müəssisələri ilə əməkdaşlığının inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.
Təqaüd proqramının tələbləri ilə buradan tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [17:06]
Akademik Nailə Vəlixanlının əsərlərinin biblioqrafiyası nəşr edilib
- 04.09.2026 [16:50]
PISA 2025 tədqiqatının nəticələri sentyabrın 8-də açıqlanacaq
- 04.09.2026 [16:16]
ŞƏT fəlsəfəsi: çoxtərəfli dialoq və yaşıl dəhliz
- 04.09.2026 [16:09]
BDU-nun əməkdaşı Antalyada gənclərlə bağlı inkişaf proqramında iştirak edib
- 04.09.2026 [15:50]