Həkim: Tibb işçilərinin əməkhaqlarının yüksəldilməsi dövlətin bu sahəyə diqqətinin təzahürüdür
Bakı, 4 sentyabr, AZƏRTAC
Yüksək əməkhaqqı mühiti işə həvəsi, əmək qabiliyyətini və peşəyə olan marağı artırır. Şübhəsiz ki, həkimlərimiz hər zaman fəaliyyətlərinə böyük məsuliyyət və diqqətlə yanaşırlar. Əməkhaqqının artırılması isə onları doğma peşələrinə daha böyük fədakarlıqla və canıyananlıqla sarılmağa həvəsləndirəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkimi Kamal Rüstəmov səsləndirib.
Onun sözlərinə görə, tibb işçilərinin əməkhaqlarının yüksəldilməsi dövlətin bu sahəyə diqqətinin təzahürüdür: “İlk növbədə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk ki, həkimlərin və tibb heyətinin bu ağır və məsuliyyətli fəaliyyətinə hər zaman belə yüksək dəstək göstərirlər. Xüsusilə regionlarda çalışan həkimlərin maaş artımı ikiqat sevindiricidir”.
Müxbir - Nailə Həsənova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [15:19]
Sosial-iqtisadi inkişaf strategiyasının icra vəziyyəti müzakirə edilib
- 04.09.2026 [14:42]
Seneqallı nazir: İƏT Əmək Mərkəzinin dəstəyindən məmnunuq VİDEO
- 04.09.2026 [14:30]
İƏT Əmək Mərkəzi Seneqalda keçiriləcək konqresin strateji tərəfdaşı olub
- 04.09.2026 [14:03]
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
- 04.09.2026 [14:00]