Sabah hava əsasən yağmursuz keçəcək
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycanda sentyabrın 4-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23, gündüz 26-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.09.2026 [12:22]
Yaxın 2 gündə hava necə olacaq? - PROQNOZ
- 03.09.2026 [12:05]
Dağların qoynunda gizlənən möcüzə – Qanslar şəlaləsi VİDEO
- 03.09.2026 [11:50]
Ötən ay Bakıda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 03.09.2026 [11:33]
Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı tədarük edilib VİDEO
- 03.09.2026 [11:20]
Azərbaycan COP17-də təmsil olunub
- 03.09.2026 [09:00]
Firəngiz Mütəllimova: Yaşar Nuri xalq tərəfindən çox sevilən sənətkar olub
- 02.09.2026 [19:34]
Tibb işçilərinə dövlət qayğısı gücləndirilir - yeni mexanizm nəyi dəyişir?
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Boeing” təhlükəsizlik pozuntularına görə 3,1 milyon dollar cərimə ödəyib
- 02.09.2026 [23:47]
ABŞ Prezidenti Venesuelada seçkilərin keçirilməsini istədiyini bildirib
- 02.09.2026 [23:14]
Tramp: ABŞ uyğun vaxtda İrana yenidən zərbə endirməyə hazırdır
- 02.09.2026 [22:45]
Azərbaycan-Litva oyunu Bakıda keçiriləcək
- 02.09.2026 [22:17]
Təmir işləri ilə əlaqədar Moskva prospektinin bir hissəsi bağlanacaq
- 02.09.2026 [22:12]