AYNA: 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
Bakı, 4 sentyabr, AZƏRTAC
Paytaxtın Moskva prospekti (kənar yol), Rəşid İsmayılov (Biləcəri enişi) və Natəvan küçələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, məhdudiyyət səbəbindən bu gün saat 20:00-dan 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 91, 92, 96, 102, 114A, 114B, 119, 130, 135, 137, 142, 156, 156A, 158, 159, 170, 199, 500, 503, 508, 525A, 525B, 594 və E2 nömrəli marşrutların hərəkət sxemi dəyişdilirir.
Müntəzəm marşrutlar üzrə avtobusların hərəkəti Moskva prospektində yerləşən tuneldən təşkil ediləcək.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Biləcəri qəsəbəsinə fəaliyyət göstərən 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 92 və 96 nömrəli marşrutların hərəkəti Bakı-Sumqayıt şosesi, Sulutəpə yol ötürücüsü, Xocəsən dairəsi, Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində təşkil olunacaq.
156, 156A, 158, 170, 525A və 525B nömrəli müntəzəm marşrutların avtobusları “20 Yanvar” dairəsi və Moskva prospekti (tunel) ilə hərəkət edəcək.
91 nömrəli müntəzəm marşrutun fəaliyyəti Rəşid İsmayılov küçəsi, 1-ci döngə, Qabil Süleymanov küçəsi ilə təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [16:59]
Azərbaycan və Moldova enerji tənzimlənməsi üzrə təcrübə mübadiləsi aparıb
- 04.09.2026 [16:31]
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
- 04.09.2026 [16:08]
Azərbaycanda üst geyim istehsalı 68 faizdən çox artıb – QRAFİK
- 04.09.2026 [16:05]
Sabah paytaxtın bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 04.09.2026 [15:38]
Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 12 faizdən çox artıb
- 04.09.2026 [15:01]