Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı üçün seçimlərdə 76 futbolçu iştirak edir
Bakı, 4 sentyabr, AZƏRTAC
Bu il Azərbaycanda keçiriləcək 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı və festivalında çıxış edəcək milli komandanın formalaşdırılması istiqamətində seçim prosesi davam edir.
Bu barədə AZƏRTAC-a AFFA-nın Texniki departamentin Skautlar şöbəsinin rəhbəri Bəxtiyar Musayev məlumat verib.
O, "Liv Bona Dea Arena"dakı seçimlərdə 76 nəfərin iştirak etdiyini bildirib: “Onların arasında bölgələrdən olan uşaqlar da var. Məqsədimiz dünya çempionatı üçün 20 nəfər istedadlı futbolçu üzə çıxarmaqdır. Seçimlərimiz oktyabr ayınadək davam edəcək”.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 22-31-də təşkil olunacaq.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [13:43]
Azərbaycanlı çapar: İnanıram ki, bayrağımız ən yüksəkdə dalğalanacaq
- 04.09.2026 [13:26]
Polo komandasının kapitanı: Turnirə hazırıq, özümüzü favorit hesab edirəm
- 04.09.2026 [13:23]
Azərbaycan parataekvondoçusu Qran-Pridə qızıl medal qazanıb
- 04.09.2026 [13:21]
Ayxan Abbasov: Klublar gənclərə inanmalıdır ki, millidə yeni oyunçular görək
- 04.09.2026 [13:00]
Renat Dadaşov Ukrayna klubuna keçir - EKSKLÜZİV
- 04.09.2026 [11:27]