Almaniya klubunun azərbaycanlı futbolçusu dünya çempionatında oynaya bilər
Bakı, 4 sentyabr, AZƏRTAC
Almaniyanın “Qröyter Fürt” klubunda çıxış edən azərbaycanlı futbolçu Tuncay İsmayıllı U-15 dünya çempionatı və festivalında çıxış edəcək milli komandanın formalaşdırılması məqsədilə aparılan seçim prosesinə cəlb olunub.
Bu barədə AZƏRTAC-a AFFA-nın Texniki departamentinin Skautlar şöbəsinin rəhbəri Bəxtiyar Musayev məlumat verib. O, oyunçu ilə bağlı hələlik yekun qərar qəbul edilmədiyini bildirib.
Tuncay İsmayıllının çıxışı məşqçilər korpusu tərəfindən bəyənilsə, adı 20 nəfərlik yekun heyətə daxil ediləcək.
Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 22-31-də təşkil olunacaq.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [15:44]
Kamilo Duran Şotlandiya çempionatında ötən ayın oyunçusu seçilib
- 04.09.2026 [15:11]
Hollivud aktyoru İngiltərə klubunun səhmlərinin bir hissəsini almaq istəyir
- 04.09.2026 [13:43]
Azərbaycanlı çapar: İnanıram ki, bayrağımız ən yüksəkdə dalğalanacaq VİDEO
- 04.09.2026 [13:26]
Polo komandasının kapitanı: Turnirə hazırıq, özümüzü favorit hesab edirəm
- 04.09.2026 [13:23]
Azərbaycan parataekvondoçusu Qran-Pridə qızıl medal qazanıb
- 04.09.2026 [13:21]
Ayxan Abbasov: Klublar gənclərə inanmalıdır ki, millidə yeni oyunçular görək
- 04.09.2026 [13:00]