Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək
Tbilisi, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 8-9-da Tbilisidə “Azərbaycan Respublikasında təhsil imkanları" adlı infosessiya keçiriləcək.
AZƏRTAC xəbər verir ki, infosessiya çərçivəsində Gürcüstanda yaşayan gənclərə Azərbaycan Respublikasında Azərbaycan, rus, ingilis dillərində ali təhsil imkanları, eləcə də təqaüdlü təhsil proqramları barədə ətraflı məlumat veriləcək, mövcud dəstək mexanizmlərini diqqətə çatdırmaq məqsədilə Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsinin iştirakı ilə görüşlər keçiriləcək.
Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində baş tutacaq tədbirə Gürcüstan məktəblərinin 11-12-ci sinif şagirdləri, tələbələr, valideynlər dəvət olunurlar.
İştirak etmək istəyənlər aşağıdakı elektron poçt ünvanına ad soyadı, əlaqə nömrəsini və tədbirin adını əlavə etməklə qeydiyyatdan keçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [18:10]
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur
- 04.09.2026 [18:09]
Tarixi mirası ucuz təbliğat vasitəsinə çevirməməliyik
- 04.09.2026 [17:51]
Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq
- 04.09.2026 [17:33]
Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib
- 04.09.2026 [16:58]