Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi mirası ucuz təbliğat vasitəsinə çevirməməliyik

Tarixi mirası ucuz təbliğat vasitəsinə çevirməməliyik

Bakı, 4 sentyabr, AZƏRTAC

Ölkəmizdə şəhidlərin xatirəsinə ucaldılmış kifayət qədər abidə, park, xiyaban, memorial kompleks və digər rəsmi məkanlar var. Dövlət səviyyəsində, peşəkar yanaşma ilə yaradılan bu yerlər şəhidlərimizin adını ləyaqətlə əbədiləşdirir. Hər biri tarixi abidə mahiyyəti daşıyan bu məkanlar daim qorunmalı, şəhid xatirələrinin təbliğində ucuz və qeyri-peşəkar vasitələrə yol verilməməlidir. Lakin təəssüf ki, işğaldan azad edilmiş torpaqlarda bəzən tarixi məkanlara hörmətsizlik halları müşahidə olunur. Bunun mahiyyətini və ictimai mesajını anlamaq çətin olmamalıdır. İşğaldan azad olunmuş ərazilər bizə mənəvi və tarixi mirasdır. Həmin irsi qorumaq hər birimizin borcudur. Azad edilən bölgələr də ölkəmizin digər guşələri kimi, tarixin bizə yadigarı olduğundan, bu ərazilərə xüsusi həssaslıqla yanaşılmalıdır.

Onsuz da maddi-mədəni nümunələrin anlayışını tam qavramadan edilən hərəkətlər hər zaman qınanılır. Ancaq nəticədə kimlərsə dərs çıxarmaq əvəzinə nədənsə özünütəsdiq və ya özünüreklam ardınca qaçır – özü də ən ucuz formada.

Tarixi irsin qorunması təsadüfi, qeyri-peşəkar və vizual baxımdan xoşagəlməyən üsullarla həyata keçirilməməlidir. Bunlar artıq məcburi ictimai davranış qaydaları olmaqla, hər bir vətəndaşın üzərinə öhdəlik qoyur.

Hüquqda qanunazidd hərəkətə görə ilkin olaraq xəbərdarlıq tədbiri tətbiq edilir. Bu, növbəti hərəkətlərdən çəkinmək üçün şifahi islahedici motivdir. Xəbərdarlıqdan nəticə çıxarmayaraq eyni əməlin təkrar törədilməsi isə ağırlaşdırıcı hal kimi tövsif olunur. Bu, qanunsuz hərəkətlərin xarakterindən və mahiyyətindən, niyyətdən asılı olaraq müxtəlif cəza üsulları ilə cəzalandırmadır. Ona görə də kimsə etdiyi hərəkətlərə görə cəzasız qalacağı və ya cəzasının yüngül olacağı düşüncəsinə qapılmamalıdır. Edilən qanunazidd əməllər məsuliyyət və cavabdehlik məsələsini, ictimai tənbehi də gündəmə gətirir. Hüquqla ictimai qınaq bir araya gələndə daha səmərəli nəticələrə nail olmaq mümkündür.

Bunun bariz nümunəsi kimi bir hadisəni xatırlatmaq lazımdır. Bu il aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti, 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi - Nizami Kino Mərkəzinin binası müdaxiləyə məruz qaldı. Hadisə ictimai rəydə ciddi müzakirələrə və kəskin qınağa səbəb oldu, şəhərin estetik görünüşünə xələl gətirən bu addımlar vandalizm aktı kimi dəyərləndirildi.

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi ictimaiyyətə açıqlandı və faktla bağlı cinayət işi başlandı. Bu hadisədən nəticə çıxarılmalıdır ki, abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Başqa bir misal, Avropa şəhərlərində qanunsuz qraffiti və vandalizm hərəkətləri şəhər mühitini eybəcərləşdirməklə yanaşı, həm də yerli büdcələrə və nəqliyyat operatorlarına hər il maliyyə zərərləri vurur. Bu sahədə aparılan rəsmi araşdırmalar və statistika problemin maliyyə yükünün nə qədər böyük olduğunu göstərir.

Böyük Britaniyanın bəzi ərazilərində qraffitilərin silinməsi üçün ildə ümumilikdə təxminən 1 milyard funt sterlinqdən çox məbləğ xərclənir. Almaniyada isə bu zərər 700 milyon dollardan çoxdur. Belçika, İspaniya, Yunanıstan, Bolqarıstan da analoji hallara görə maliyyə yükləri ilə üzləşir.

Göründüyü kimi, abidələrin, binaların və ya başqa statusda olan obyektlərin görünüşünü korlayan bu kimi hərəkətlər dövlətlər üzərində maliyyə problemləri yaradır. Buna görə də tarixi və memarlıq abidələrinə, mədəniyyət nümunələrinə münasibətdə xüsusi həssaslıq göstərilməlidir. Bu, hüquqi tələblə yanaşı, cəmiyyətdən də verilən sifarişdir. Cəmiyyətimiz bu mövzuda diqqətli olmalı, vandalizm və laqeydlik hallarını qətiyyətlə pisləməlidir.

Azərbaycanın bölgələrindəki hər bir daş və divar şəhər və kəndlərimizin ümumi simasının, eləcə də milli irsimizin ayrılmaz parçasıdır. Bu məsələyə həssaslıqla yanaşılması, eyni zamanda sosial mədəniyyətə, ictimai dəyərlərə və birgəyaşayış mühitinə olan münasibətin göstəricisidir. Əks halda, tarixi məkanlara və obyektlərə zərər vuran hərəkətlərə qarşı hüquqi və qabaqlayıcı tədbirlər daha da gücləndiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir

Gürcüstanın xarici ticarət dövriyyəsi 5,8 faiz artıb

Avropada qaz anbarlarının doluluq nisbəti əvvəlki illərə görə xeyli aşağıdır

Memar: Şuşanın təbiətinə və tarixi-mədəni irsinə ehtiramla yanaşmaq hər kəsin borcudur

QHT sədri: Tarixi irsə hörmət hər bir ziyarətçinin məsuliyyətidir

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

Azərbaycanı İsveçrədəki turnirdə 5 taekvondoçu təmsil edəcək

Rəqabətli qiymətlərlə bərpaolunan enerji təmin edən ölkələr məlumat mərkəzlərinə investisiyaların cəlbində üstünlük qazana bilər

Sahibə Qafarova: Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir – Füzuli Əliyev

Siyasi şərhçi: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi bağlantıların əsas ünvanlarından biridir

Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə qəbul planı 100 faiz dolub

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb: təbiətə 200 min manata yaxın ziyan dəyib

Fatih Birol: Qlobal enerji sistemi elektrik dövrünə qədəm qoyub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır ŞƏRH

Tarixi mirası ucuz təbliğat vasitəsinə çevirməməliyik

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Şirin Şahbazovla MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Şirin Şahbazovla MÜSAHİBƏ VİDEO

UNEC inklüziv ali təhsil modelini region universitetlərində tətbiq edir

İctimai Birlik sədri: Cıdır düzündə qaya üzərində yazıların yazılması qəbuledilməzdir

Azərbaycanın yaratdığı yeni bağlantı sistemi Avrasiyanın iqtisadi xəritəsini dəyişir ŞƏRH

Riyaziyyatdan zəif şagirdin uğur hekayəsi: Sonra bütün qiymətlərim 5 oldu VİDEO

Riyaziyyatdan zəif şagirdin uğur hekayəsi: Sonra bütün qiymətlərim 5 oldu VİDEO

AQTA-da ərzaq bazarlarının sahibləri ilə görüş: qida təhlükəsizliyi tələbləri gücləndirilir

AYNA: 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Aqrar əməkdaşlıq Azərbaycan və Özbəkistan üçün geniş imkanlar açır – ŞƏRH

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir ŞƏRH

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək

Politoloq: Azərbaycanın ŞƏT çərçivəsində artan rolu ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir

KOBİA sentyabrda sahibkarlar üçün keçiriləcək görüşlərin istiqamətlərini açıqlayıb

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

Türk professor: Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir

Bakı Güləş Məktəbinə 47 yeni şagird qəbul edilib

Akademik Nailə Vəlixanlının əsərlərinin biblioqrafiyası nəşr edilib

Çinin Tibet bölgəsindəki daşqında ölənlərin sayı 31-ə çatıb

Uşaqlarda mütaliə vərdişi ibtidai siniflərdən etibarən formalaşdırılmalıdır – təhsil eksperti

“Səyyar Gənclər Xidməti” bu dəfə Lerik gənclərini bir araya gətirib

Azərbaycan dili üzrə süni intellekt ekosistemi formalaşdırılmalıdır – Ekspert rəyi

“Real Madrid” iştirak ərizəsini açıqlayıb, fransalı futbolçu heyətdən kənarda qalıb

Memar: Daşa ad yazmaqdansa, həmin tarixi irsi qorumaq şəhidə daha böyük ehtiram əlamətidir

Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi səhiyyənin inkişafı baxımından böyük əhəmiyyət daşıyır

Konqres Kitabxanasında Azərbaycan izləri: üç qadının əməyi - REPORTAJ  VİDEO

Konqres Kitabxanasında Azərbaycan izləri: üç qadının əməyi - REPORTAJ VİDEO

PISA 2025 tədqiqatının nəticələri sentyabrın 8-də açıqlanacaq

Qaya və divarlara həkk olunan yazılar: Xatirə, yoxsa vətəndaş məsuliyyətsizliyi...

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Xarici dil üzrə fəlsəfə doktoru imtahanından müvəffəqiyyət qazananlara şəhadətnamələrin verilməsinə başlanıb

Çətin məsələ qarşısında nə etməli? – riyaziyyat müəllimindən şagirdlərə çağırış VİDEO

Çətin məsələ qarşısında nə etməli? – riyaziyyat müəllimindən şagirdlərə çağırış VİDEO

Qaxda Region Gənclərinin Məşğulluq Forumu çərçivəsində 130 vakansiya təklif olunub

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin inkişafı müzakirə olunub

M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Professor: “ŞƏT plyus” formatı Azərbaycanın balanslaşdırma siyasəti üçün imkanları genişləndirir

Hulusi Kılıç: Qarabağ Universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələri arasında layiqli yer tutacaq

Gürcüstan Qara dənizdə sahil mühafizəsi üçün beynəlxalq tender elan edib

Tarixçi: Şəhidlərin xatirəsi hər birimiz üçün müqəddəsdir, lakin bu, qeyri-peşəkar üsullarla həyata keçirilməməlidir

BMU magistrantlarına Çində tam təqaüdlə təhsil imkanı

ŞƏT fəlsəfəsi: çoxtərəfli dialoq və yaşıl dəhliz

Arzu Bağırova: Tibb işçisinin rifahına yönələn vəsait ölkənin insan kapitalına qoyulan yatırımdır

İdarəetmə mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılması Hesablama Palatasının qarşısında duran əsas istiqamətlərdəndir

Azərbaycanı U-15 Avropa çempionatında təmsil edəcək boksçular bəlli olub

Azərbaycanda üst geyim istehsalı 68 faizdən çox artıb – QRAFİK

Vətən müharibəsi veteranı: Hər kəs Şuşanın tarixi simasının qorunmasına öz töhfəsini verməlidir

Sabah paytaxtın bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı III Beynəlxalq Ailə Hüququ Konfransına ev sahibliyi edib

“IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı

Əhliman Əmiraslanov: Türk dünyası mütəxəssislərinin Bakıda toplaşması ortopediyanın inkişafına böyük təkan verəcək

İsveç səfiri Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi barədə məlumatlandırılıb

NİİM: Vaxtında müdaxilə edilmədikdə azyaşlılar qəzanın qurbanı ola bilərlər

Məftun Əhmədov: Şagirdə hazır cavabı deyil, düşünmə metodunu öyrədirik VİDEO

Məftun Əhmədov: Şagirdə hazır cavabı deyil, düşünmə metodunu öyrədirik VİDEO

Peşə təhsili alanların köçürülməsi və təhsil müəssisələrinə bərpası prosesi başlanıb

Mars Sariyev: Azərbaycan Xəzər regionunda və Cənubi Qafqazda əlaqələndirici halqadır

Kamilo Duran Şotlandiya çempionatında ötən ayın oyunçusu seçilib

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 12 faizdən çox artıb

Ekspert: Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikanın iqtisadi potensialını artıracaq

Bişkek görüşü Azərbaycan diplomatiyası üçün mühüm platforma oldu RƏY

Birol Akgün: Bakı bu il Türk dünyasının və türkologiyanın nəbzinin döyündüyü mühüm mərkəzlərdən birinə çevrilib

Politoloq: Azərbaycanın Mərkəzi Asiya siyasətinin əsas xüsusiyyəti coğrafi uzaqlığı siyasi yaxınlığa çevirməkdir

Sosial-iqtisadi inkişaf strategiyasının icra vəziyyəti müzakirə edilib

Nəsimi irsinin leksik və semantik zənginliyini əks etdirən fundamental lüğətin III cildi nəşr olunub

Ertürk Eryılmaz: Orta Dəhliz yeni geoiqtisadi arxitekturanı təcəssüm etdirir

Müasir dövrdə uşaqlar niyə əvvəlki nəsillərdən daha az kitab oxuyurlar?

Hollivud aktyoru İngiltərə klubunun səhmlərinin bir hissəsini almaq istəyir

Şəmkirli məktəbli: “ChatGPT”dən hazır cavab almaq üçün deyil, fikirlərimi yoxlamaq üçün istifadə edirəm

A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvan Sənaye Parkı - sənaye və logistika imkanlarının sinerjisi

Bal yarmarkasında iştirak üçün qeydiyyat başlayır

Almaniya klubunun azərbaycanlı futbolçusu dünya çempionatında oynaya bilər

Murat Kurum: Azərbaycan COP29-da tolerantlıq və qardaşlıq ölkəsi olaraq çox gözəl şəkildə tanıdıldı

Həkim: Tibb işçilərinin əməkhaqlarının yüksəldilməsi dövlətin bu sahəyə diqqətinin təzahürüdür

Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib

Seneqallı nazir: İƏT Əmək Mərkəzinin dəstəyindən məmnunuq VİDEO

Seneqallı nazir: İƏT Əmək Mərkəzinin dəstəyindən məmnunuq VİDEO

Ötən ay “Bakı Metropoliteni”ndən istifadə edən sərnişinlərin sayı açıqlanıb

İƏT Əmək Mərkəzi Seneqalda keçiriləcək konqresin strateji tərəfdaşı olub VİDEO

İƏT Əmək Mərkəzi Seneqalda keçiriləcək konqresin strateji tərəfdaşı olub VİDEO

BDYPİ: Normadan artıq yüklənmə həm yolları sıradan çıxarır, həm də qəza riskini artırır

® İRİA-nın təşkilatçılığı ilə keçirilən vörkşopda nəqliyyat sektorunda çağırışlar və innovativ həllər müzakirə olunub