Avropa İttifaqından BMT-yə dəstək: Çoxtərəfli əməkdaşlıq yenilənməlidir
Brüssel, 4 sentyabr, AZƏRTAC
Avropa İttifaqı və üzv dövlətlər Birləşmiş Millətlər Təşkilatının mərkəzi rolunu qorumaqla çoxtərəfli əməkdaşlığın yenilənməsi və gücləndirilməsinə dəstək ifadə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr Xidmətinin yaydığı bəyanatda bildirilib. Sənəddə beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinin qaydalara əsaslanan beynəlxalq nizamın əsasını təşkil etdiyi vurğulanıb. Aİ artan geosiyasi gərginliklər və beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar qanunvericiliyin ciddi şəkildə pozulmasından narahatlığını ifadə edib.
Aİ BMT-ni sülhün və təhlükəsizliyin qorunmasında, davamlı inkişafın təşviqində əvəzolunmaz qurum kimi qiymətləndirib. İttifaq BMT-nin islahatlarının davam etdirilməsinə, o cümlədən “BMT-80” təşəbbüsünə dəstəyini təsdiqləyib. İttifaq, həmçinin beynəlxalq hüququn pozulmasına görə məsuliyyətin təmin edilməsində beynəlxalq məhkəmələrin rolunu dəstəkləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [14:12]
Nepalda fəlakətdən 9 gün sonra 2 nəfər sağ çıxarılıb
- 04.09.2026 [14:05]
Şimali Kipr sahillərində gəmi qəzasında ölənlərin sayı 12-yə çatıb
- 04.09.2026 [13:53]
Gürcüstanın Poti limanında yük daşımaları artıb
- 04.09.2026 [13:50]
ABŞ-də dizelin qiymətində tarixi rekord qeydə alınıb
- 04.09.2026 [12:57]
El-Nino səbəbindən ekstremal hava hadisələri 2027-ci ilədək arta bilər
- 04.09.2026 [12:11]
Kanar adaları yolunda faciə: 80-dən çox miqrant həyatını itirib
- 04.09.2026 [11:56]