Naxçıvanda zəncirvari qəza - 4 avtomobil toqquşub
Naxçıvan, 6 sentyabr, AZƏRTAC
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan-Şahbuz magistralında qeydə alınan qəzada "Hyundai", "KIA", "Niva" və "Mercedes" markalı avtomobillər toqquşub.
Zəncirvari qəza nəticəsində Gülər Bayramova və Fidan Abdullazadə xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Müxbir - Nail Əsgərov