"Sabah" "Zirə"ni darmadağın edərək liderliyə yüksəlib
Bakı, 5 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, son çempion "Sabah" ilk 3 turda maksimum nəticə göstərən "Zirə"ni qəbul edib.
Görüş "bayquşlar"ın 5:0 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın heyətində Coy-Lens Mikels het-trik edib, digər 2 qolu isə Velko Simiç və Kristian Nvaçukvu vurublar.
Bu qələbə ilə xallarını 9-a çatdıran "Sabah" liderliyi ələ keçirib. Komandanın ehtiyatda daha bir oyunu var. Eyni xala malik "Zirə" 2-ci pilləyə geriləyib.
Günün son matçında "Neftçi" öz meydanında "Şəfa"nı sınağa çəkəcək.
Qeyd edək ki, IV turun əvvəlki matçlarında "Qəbələ" öz meydanında "İmişli"yə 2:1, "Şamaxı" isə Gəncədə "Kəpəz"ə 4:1 hesabı ilə qalib gəlib. Tura sentyabrın 6-da keçiriləcək 2 oyunla yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.09.2026 [21:06]
Azərbaycanlı triatlonçu: Bu nəticəni gözləmirdim, amma bunun üçün çalışırdım
- 05.09.2026 [19:44]
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
- 05.09.2026 [19:20]
Üç azərbaycanlı atlet “IRONMAN 70.3” triatlon yarışının qalibi olub
- 05.09.2026 [15:50]
Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub
- 05.09.2026 [15:31]
Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb
- 04.09.2026 [23:52]