İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO
İmişli, 28 sentyabr, AZƏRTAC
İmişli rayonu ərazisində yerləşən Şəkər Zavodunda ötən gün yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 17 radələrində qeydə alınıb. Zavodun boş anbar ərazisində başlayan alov qısa müddətdə güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Görülən operativ tədbirlər nəticəsində yanğın söndürülüb, ətraf ərazilər mühafizə olunub.