Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən U-21 Avropa çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Süleyman Şükürov almaniyalı Konstantin Distelə ipponla qalib gələrək karyerasında ikinci dəfə qitə çempionu olub.
Davud Namazlı (100 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram) isə yarışı bürünc mükafatla başa vurublar.
Bununla da Azərbaycan cüdoçuları Avropa çempionatını ümumilikdə 5 medalla tamamlayıblar. Daha əvvəl Ayxan Mirzəzadə (60 kiloqram) və Məhəmməd Musayev (66 kiloqram) Avropa çempionu olublar.
Qeyd edək ki, Avropa çempionatında 44 ölkədən 400 cüdoçu (222 oğlan, 178 qız) iştirak edib. Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.09.2026 [20:27]
"Sabah" "Zirə"ni darmadağın edərək liderliyə yüksəlib
- 05.09.2026 [19:20]
Üç azərbaycanlı atlet “IRONMAN 70.3” triatlon yarışının qalibi olub
- 05.09.2026 [15:50]
Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub
- 05.09.2026 [15:31]
Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır
- 05.09.2026 [13:30]
Qubada beynəlxalq şahmat festivalına start verilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb
- 04.09.2026 [23:52]
Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər
- 04.09.2026 [23:46]
ABŞ-nin xüsusi elçiləri Moskvaya və Kiyevə səfər edəcəklər
- 04.09.2026 [23:43]
FAO: Qlobal ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb
- 04.09.2026 [23:34]