Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN JURNALİSTLƏRƏ MÜSAHİBƏSİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN JURNALİSTLƏRƏ MÜSAHİBƏSİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də, ölkəmizin yeni manatının təqdimat mərasimindən sonra jurnalistlərə müsahibə vermişdir.

- Cənab Prezident, 2006-cı il Qarabağ münaqişəsinin həllində nə ilə yadda qalacaq və ciddi yenilik gözlənilirmi?

- Bildyiniz kimi, danışıqlar davam edir. Həm prezidentlər səviyyəsində davam edir, eyni zamanda, xarici işlər nazirləri də görüşürlər, müzakirələr gedir. Mən dəfələrlə bəyan etmişəm ki, biz gərək bütün imkanları sınayaq, mümkün olan variantları müzakirə edək. Ondan sonra hər hansı bir açıqlama verilə bilər. Hər halda, bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu münaqişə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bundan başqa, bundan kənarda heç bir məsələ müzakirə olunmur və müzakirə mövzusu deyildir. Bu mövqe iki il bundan əvvəl Ermənistan Prezidenti ilə ilk görüşümdə mənim tərəfimdən irəli sürülmüşdür və o vaxtdan bu günə qədər bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur.

Əlbəttə, 2005-ci ildə müsbət hadisələr baş verdi. İlk növbədə, Praqa prosesi başlandı və möhkəmləndi, indi danışıqlar bu çərçivədə aparılır. Bildiyimiz kimi, Praqa prosesi mərhələli həll deməkdir. Digər tərəfdən, başqa beynəlxalq təşkilatlar da bu məsələ ilə bağlı öz fəaliyyətini gücləndiriblər. Birləşmiş Millətlər Təşkilatının gündəliyinə salınmışdır. Ondan sonra ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlara gəlmişdi və orada ermənilərin qanunsuz məskunlaşmasını aşkar etmişdir. Avropa Şurası ilin əvvəlində çox dəyərli qətnamə qəbul etmişdir. Avropa İttifaqı tərəfindən də fəallaşma müşahidə olunur. Yəni bütün bu amillər onu göstərir ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi möhkəmlənir. Bu, faktdır. Amma bu, hələ o demək deyil ki, bu məsələ öz həllini tapır, yaxud da tapacaqdır. İndi demək çətindir ki, 2006-cı ildə bu məsələ öz həllini tapacaq, yoxsa yox. Əgər Ermənistan beynəlxalq hüquq normalarına riayət etsə, əgər normal ölkəyə xas olan hərəkətlər edərsə, onda, əlbəttə, danışıqlar nəticəyə gətirib çıxara bilər.

- Cənab Prezident, bu gün Vartan Oskanyan çıxışında bir daha bəyan edib ki, əgər münaqişənin həll olunmasını istəyiriksə, tərəflərin hər ikisi kompromisə getməlidir. Belə olan halda, Azərbaycanın hansı məsələlərdə kompromisə getməsi mümkündür?

- Mən bu barədə də dəfələrlə öz fikrimi demişəm. Kompromislər haqqında çox danışılır və əlbəttə, biz bütün mümkün olan variantları nəzərdən keçirməliyik. Amma Azərbaycanın nəyi var ki, onu güzəştə getsin?! Mən bunu demişəm, biz heç kimin torpağını zəbt etməmişik. Heç kimə qarşı etnik təmişləmə siyasəti aparmamışıq və bu gün Azərbaycan zərər çəkmiş ölkədir. Ona görə bizim nəyimiz var ki, Ermənistana məxsusdur və onu güzəştə gedək? Burada söhbət, əlbəttə, bölgədə gedən proseslərin və o proseslərin bölgədə yaşayan xalqların təhlükəsizliyinə təsirindən gedə bilər. Biz onu başa düşürük ki, bölgədə yaşayan bütün xalqların təhlükəsizliyi təmin olunmalıdır. Bu barədə, əlbəttə, danışmaq olar. Əgər münaqişə öz ədalətli həllini taparsa, əlbəttə, bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi də təbiidir. Yəni biz buna öz razılığımızı verə bilərik. Kommunikasiyalar açıla bilər. Əlbəttə ki, müəyyən iqtisadi əlaqələr qurula bilər. Yəni bu səpkidə məsələlər müzakirə oluna bilər. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və bu barədə Azərbaycan heç bir güzəştə getməyəcəkdir.

- Cənab Prezident, Ermənistan tərəfi elə hesab edir ki, Azərbaycan üçün çox vacib olan Bakı-Tbilisi-Ceyhan kəməri gələn il işə düşəndən sonra Azərbaycan ən azı onu qorumaq üçün hərbi münaqişəyə əl atmaqdan çəkinər. Belə fikir tez-tez vurğulanır. Bu, münaqişənin həllinə necə təsir edə bilər?

- Bunlar bir-birilə bilavasitə heç bir əlaqəsi olmayan məsələlərdir. Amma onu da bilirik, istisna olunmur ki, danışıqlarda bayaq sadaladığım müsbət amillər məhz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğurla inşa edilməsi ilə əlaqədardır. Çünki heç kimə sirr deyil ki, bu kəmər Azərbaycanı iqtisadi cəhətdən çox gücləndirəcəkdir. Bu gün artıq Ermənistanla Azərbaycan arasında iqtisadi fərq çox böyükdür. Bizim büdcəmiz artır. Bu bizə imkan verir ki, hərbi büdcəmizi artıraq. Gələn il bilirsiniz ki, iki dəfə artırırıq, yəni bu da son rəqəm deyildir. 600 milyon dollar, yəni hərbi xərclərə yönəldilmiş bu pullar, Azərbaycan üçün son hədd deyildir. Bunu hamı bilir. Ermənistan da bilir, bu məsələ ilə məşğul olan vasitəçilər də bilirlər.

Bakı-Tbilisi-Ceyhan, əlbəttə, regionda sülhün, təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaqdır. Amma eyni zamanda, Azərbaycanı iqtisadi cəhətdən çox gücləndirəcəkdir. Azərbaycan iqtisadi cəhətdən güclənəndən sonra bölgədə yeni vəziyyət yaranacaqdır. Bunu əvvəlcədən proqnozlaşdırmaq çətindir. Amma hər halda, bu amil bizim əlimizdə çox güclü bir alətdir. Mən şübhə etmirəm ki, biz bundan çox məharətlə istifadə edəcəyik.

- Cənab Prezident, 2005-ci ilin sonu hakimiyyətdə bir sıra kadr dəyişiklikləri ilə yadda qaldı. Mətbuatda belə kadr dəyişikliklərinin davamlı olacağı barədə məlumatlar yayılır. Bu dəyişikliklər davam edəcəkmi, yeni ciddi dəyişikliklər gözlənilirmi?

- Kadr dəyişikliyi təbii bir prosesdir və buna bu prizmadan yanaşmaq lazımdır. Bu hər bir ölkədə gedən prosesdir. Deyə bilmərəm ki, Azərbaycanda bu proses 2005-ci ilin sonunda başlayıbdır. Ondan əvvəl də bu gedirdi. Bəlkə, 2005-ci ilin sonunda bu özünü daha da qabarıq şəkildə büruzə verdi. Amma, bu təbii prosesdir və buna təbii də yanaşmaq lazımdır. İnsanlar müəyyən vəzifələrdə işləyirlər. Heç bir vəzifə əbədi deyil, heç bir vəzifə heç kimə ömürlük verilmir. Prezidentin də səlahiyyət müddəti var. Ona görə hər bir başqa vəzifəli şəxs də bunu bilməlidir ki, hər bir məmur müəyyən zaman çərçivəsində fəaliyyət göstərir. Əgər onun işində heç bir qüsur yoxdursa, əgər nailiyyətlər varsa, əlbəttə ki, o məmurun fəaliyyəti qiymətləndirilir və yeni vəzifəyə gətirilir. Əksinə, əgər onlar tapşırılan sahədə ciddi pozuntulara yol verirlərsə, işdən götürülürlər. Yəni burada heç bir qeyri-adi məsələ yoxdur.

- Cənab Prezident, məlumat var ki, İrandan əlavə 1 milyard kubmetr qaz alınacaqdır. Yəni Rusiyanın “Qazprom” şirkəti tarifləri qaldırmışdır və bunu kompensasiya etmək üçün İrandan qaz alınacaqdır. Bu, həqiqətə nə dərəcədə uyğundur?

- Bildiyiniz kimi, biz “Qazprom”la 2006-cı il üçün yeni müqavilə imzaladıq. Baxmayaraq ki, qiymət təxminən iki dəfə qaldırıldı, amma biz hesab etdik ki, bu, Azərbaycana lazımdır. Düzdür, 2006-cı il üçün bizim müqaviləmiz var idi və hər min kubmetr üçün 61, yaxud 62 dollar nəzərdə tutulmuşdu. Amma bizim başqa yolumuz yox idi. Ona görə 4 milyard 500 milyon kubmetr qazın alınması haqqında müqavilə imzalandı. Alternativ mənbələr də araşdırılır. Bu da istisna olunmur ki, əgər imkan olarsa, biz İrandan da qaz ala bilərik.

Bilirsiniz ki, indi Naxçıvanla İran arasında mübadilə başlanıbdır. Biz bu kəmərlərin gücünü sınamışıq. Artıq Naxçıvana uzun fasilədən sonra qazın verilməsi bərpa olunubdur. Gələcəkdə ola bilsin ki, müəyyən miqdarda İrandan da qaz alına bilər. Amma bu barədə danışmaq hələlik tezdir. Çünki gərək danışıqlar aparılsın, biz müəyyən razılaşmaya gələk. Amma gələcəkdə, əlbəttə ki, biz öz gücümüzə arxalanmalıyıq. Azərbaycanda 2006-cı ildə “Azəri-Günəşli-Çıraq” yataqlarından təxminən 3 milyard kubmetr səmt qazı çıxarılacaqdır. Bilirsiniz ki, “Əsrin müqaviləsi”nə əsasən, bu, Azərbaycana pulsuz verilir. Ümid edirəm ki, ilin sonuna qədər “Şahdəniz” yatağından da qazın hasilatı başlanacaqdır. Bu bizə əlavə həcm verəcək və Rusiyadan alınacaq qaz da bizə kömək edəcəkdir. İmkan olarsa, İrandan da alınar, biz buna da baxarıq.

Bizim tələbatımız artır, yeni stansiyalar tikilir. Əhalinin tələbatı artır. Bir neçə məntəqələrdə, kəndlərdə qazlaşdırma gedir. Ona görə bütün imkanlardan istifadə etməliyik ki, öz tələbatımızı ödəyək.

Sizi Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edirəm. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır