AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MOSKVA MERİ YURİ LUJKOVLA GÖRÜŞÜ
Dövlətimizin başçısını meriyanın binası önündə Moskvanın meri Yuri Lujkov böyük hörmət və ehtiramla qarşıladı.
Sonra Prezident İlham Əliyevin Moskva meri Yuri Lujkovla görüşü oldu.
YURİ LUJKOV Azərbaycan dövlətinin başçısına müraciətlə dedi:
-Bizimlə, moskvalılarla görüşməyə vaxt tapdığınıza görə çox şadam. Şəxsən Sizə böyük hörmətimiz var. Atanız Heydər Əliyeviçin xatirəsini əziz tuturuq. Onunla yaxından əlaqə saxlayırdıq. Düşünürəm ki, əməkdaşlığımızın, münasibətlərimizin müasir mərhələsinin normal olduğunu deyə bilərik.
Əlbəttə, Sizin səfəriniz və bugünkü görüşümüz bu qarşılıqlı fəaliyyətin müxtəlif sahələrində əlaqələrin genişlənməsinə təkan verəcəkdir. Əmtəə döriyyəsinin və digər göstəricilərimizin artımı kifayət qədər yaxşıdır, xüsusi çəki hətta Azərbaycan ilə Rusiya arasındakı əmtəə dövriyyəsini üstələyir. Mənə elə gəlir ki, biz Bakı ilə Moskva arasında əməkdaşlığı daha da genişləndirmək üçün bütün müasir imkanlardan istifadə edə bilərik. Beləliklə, bu əməkdaşlıq daha güclü, müasir olar və Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsinə uyğun gələr.
Yuri Lujkov Azərbaycan Prezidenti İlham Əliyevdən meriyanın Fəxri qonaqlar kitabına ürək sözlərini yazmağı xahiş etdi.