Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Mən sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Rumıniya Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərimizin inkişafında çox mühüm rol oynayır və artıq demək olar ki, səfər çox uğurlu olmuşdur. Bizim əlaqələrimizin çox böyük tarixi var. Hələ XV əsrdə Azərbaycan hökmdarı Uzun Həsən və rumın hökmdarı Böyük Stefan müttəfiqlik haqqında saziş imzalamışdılar. Çox görkəmli rumın alimi, məşhur dilçi Dmitri Kantemirin fəaliyyəti barədə Azərbaycanda geniş məlumatlar var idi.

Şərqdə ilk dəfə demokratik respublika - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda onun görkəmli nümayəndəsi Səməd bəy Mehmandarov Rumıniyanın ən ali mükafatı ilə təltif edilmişdi. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycan öz dövlət müstəqilliyini itirdi. Biz yalnız 1991-ci ildə öz dövlət müstəqilliyimizi bərpa etdik. Amma buna baxmayaraq, o illərdə də rumın və Azərbaycan xalqları çox fəal əməkdaşlıq edirdi, geniş iqtisadi əlaqələr mövcud idi. İnsanlar bir-birilə ünsiyyətdə olmuşdular. Bir sözlə, bizim aramızda olan əlaqələr həmişə inkişaf edirdi və əlbəttə ki, müstəqillik bərpa olunandan sonra münasibətlər yeni mərhələyə, yeni pilləyə qalxmışdır.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bizi müstəqil respublika kimi tanıyan ikinci dövlət Rumıniya olmuşdur. Son 15 il ərzində bizim aramızda əlaqələr çox sürətlə inkişaf etmişdir, siyasi- iqtisadi və humanitar sahələrdə, bütün istiqamətlərdə biz çox fəal əməkdaşlıq edirik. Biz müttəfiqik və indiki dövrdə Rumıniya-Azərbaycan münasibətləri bütövlükdə regionda gedən proseslərə çox ciddi şəkildə təsir göstərir. Qara dəniz və Xəzər dənizi regionlarının əməkdaşlığı o cümlədən Rumıniya və Azərbaycan tərəfindən aparılan siyasət nəticəsində möhkəmlənir. Bu dialoq və əməkdaşlıq bütün başqa ölkələrə öz təsirini göstərir. Bizim aramızda olan siyasi-iqtisadi əlaqələr, nəqliyyat və enerji dəhlizlərinin mövcudluğu, əlbəttə ki, regional işlərdə rolumuzu artırır.

Rumıniya Prezidentinin Azərbaycana bugünkü səfəri isə bu münasibətlərə yeni təkan verir. Bu gün çox geniş fikir mübadiləsi aparılmışdır, danışıqlar çox uğurlu keçmişdir. İmzalanmış sənədlər əlaqələrimizin hüquqi bazasının möhkəmlənməsinə şərait yaradır. Bir sözlə, əminəm ki, bizim aramızda olan əlaqələr bu səfərdən sonra daha da sürətlə inkişaf edəcəkdir.

Neft-qaz sektorunda əməkdaşlıq haqqında geniş müzakirələr aparılmışdır. Bu sahədə gələcəkdə çox böyük planlarımız var. Bizim planlarımız, bildiyiniz kimi, həyatda öz əksini tapır. Azərbaycanda həyata keçirilən neft siyasəti nəticəsində ölkəmiz, demək olar ki, qarşısında duran bütün vəzifələri uğurla yerinə yetirdi. Azərbaycanın yataqlarından hasil edilən neft və qaz dünya bazarlarına çıxarılır və çıxarılacaqdır. Beləliklə, Rumıniya bu sahədə də bizim üçün çox önəmli tərəfdaş ölkə kimi öz töhfəsini verməkdədir.

Regionda təhlükəsizlik problemlərinin həlli, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə bizim aramızda fikir mübadiləsi aparılmışdır. Rumıniyanın mövqeyi çox müsbət mövqedir. Bu gün imzalanmış birgə siyasi bəyannamədə bu mövqe bir daha öz əksini tapmışdır. Biz bu mövqeyə görə Rumıniya Prezidentinə və rumın xalqına öz minnətdarlığımızı bildiririk.

Eyni zamanda, bu gün Azərbaycanın mədəniyyət işçiləri ilə bizim görüşümüz olubdur. Azərbaycanın mədəni həyatında çox əlamətdar hadisə baş veribdir. Dahi rumın bəstəkarı, musiqiçisi Corce Eneskunun abidəsi ucaldılmışdır. Yəni bu, bir daha onu göstərir ki, bizim aramızda olan əlaqələr dostluq, mehribanlıq əsasında qurulubdur və şübhə etmirəm ki, getdikcə daha da güclənəcəkdir.

Hörmətli cənab Prezident, mən Sizi və Rumıniya nümayəndə heyətini Azərbaycanda bir daha ürəkdən salamlayıram və bu badəni Sizin şərəfinizə, Rumıniya-Azərbaycan əlaqələrinin inkişafının şərəfinə qaldırıram!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib, İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış Proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb