AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYA FEDERASİYASINA İŞGÜZAR SƏFƏRİ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumrusiya Azərbaycan Konqresinin II qurultayında iştirak etmək üçün oktyabrın 18-də Moskvaya yola düşmüşdür.
Prezident İlham Əliyevi Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Rusiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Pyotr Burdıkin yola saldılar.