Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqının prezidenti Herman Van Rompeyin görüşü
Brüssel, 22 iyun (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqının prezidenti Herman Van Rompeyin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olundu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, “Şərq tərəfdaşlığı” Proqramı, energetika sahəsində əməkdaşlıq, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin genişləndirilməsi perspektivləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
######
![]() |
![]() |
![]() |


