AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ AVROPA KOMİSSİYASININ SƏDRİ JOZE MANUEL BARROZUNUN BİRGƏ BRİFİNQİ
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu noyabrın 7-də Brüsseldə Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalamışlar.
Sənədin imzalanmasından sonra mətbuat nümayəndələri üçün keçirilən brifinqdə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və Azərbaycan Prezidenti İlham Əliyev bəyanatlarla çıxış etdilər.