Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Parlamentinin sədri Yeji Buzekin birgə mətbuat konfransı

Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Parlamentinin sədri Yeji Buzekin birgə mətbuat konfransı

Bakı, 23 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, iyunun 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Parlamentinin sədri Yeji Buzekin birgə mətbuat konfransı olmuşdur.

Avropa Parlamentinin sədri Yeji Buzek və Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış etdilər.

 

 

Avropa Parlamentinin sədri Yeji Buzekin

bəyanatı

-Prezident İlham Əliyevi Avropa Parlamentinə ilk dəfə gəlişi münasibətilə ürəkdən salamlayıram. İlk dəfə, yəni ölkə Prezidenti olaraq, çünki bu, əvvəllər baş verməmişdi. Bu, bizim Bakı görüşümüzün davamıdır. Hesab edirəm ki, həmin görüş qarşılıqlı anlaşma nöqteyi-nəzərindən çox maraqlı və səmərəli olmuşdur. Bu, çox əhəmiyyətlidir. Birincisi, ona görə ki, Brüsseldən Bakıyadək 3 min kilometr məsafə vardır. Bu, çox böyük məsafədir. Lakin düşünürəm ki, bizim eyni dəyərlərimiz vardır. Biz eyni düşünürük. Bizim həqiqətən də bəzi problemlərimiz vardır.

Bizim Assosiativ razılaşmalara, azad ticarət müqavilələrinə ehtiyacımız vardır. Bizim viza rejiminin sadələşdirilməsinə ehtiyacımız vardır. Əlbəttə ki, biz parlamentlərimiz arasında əlaqələri inkişaf etdirməliyik. Həmkarım bizimlə buradadır. O, Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəridir. Əlbəttə bilirsiniz ki, “Şərq tərəfdaşlığı” çox əhəmiyyətlidir və düşünürük ki, gələcəkdə də çox əhəmiyyətli olacaqdır.

Azərbaycan Prezidentinin məhbusları azad etməsini alqışlayıram. Bu, bizim Azərbaycana səfərimizdən bir neçə gün sonra baş vermişdi və onların sayı çox idi. Mən Prezidentə izah etdim ki, demokratiyanı və media hüquqlarını nəzərə alaraq biz çox vaxt Avropa İttifaqının xaricindəki və hətta bəzi hallarda daxilindəki ölkələri tənqid edirik. Biz necə ki, Avropa daxilində, eynilə də onun xaricində sərtik. Bizim əlaqələrimiz baxımından bu, çox böyük inkişafdır. Bizə, həmçinin iqtisadiyyatda rəqabətin olması vacibdir.

Enerji sahəsində əməkdaşlığımız, xüsusilə də qaz layihələrində, eynilə də Baki-Tbilisi-Ceyhan neft boru kəməri regionda vəziyyəti tamamilə dəyişdi.

Sonda onu da demək istəyirəm ki, Avropa İttifaqı və Avropa Parlamenti dünyanın bu regionunda dondurulmuş Dağlıq Qarabağ probleminin həllinə böyük önəm verir. Biz ATƏT-in Minsk qrupunun fəaliyyətinə, Rusiya, Fransa və ABŞ-ın fəaliyyətinə çox ciddi yanaşırıq. Başqa çox vacib bir məqam əlbəttə ki, Madrid prinsipləridir. Mən bütün bu məqamları bir daha cənab Prezidentin diqqətinə çatdırdım. Biz bu məsələdə dəstək verməyə, kömək etməyə hazırıq.

Cənab Prezident, Sizə bir daha minnətdarlığımı bildirirəm. Biz gözlənildiyindən artıq müzakirələr apardıq və jurnalistlər bizi gözləməli oldular. Buna görə onlardan üzr istəyirəm.

X X X

Azərbaycan Prezidenti İlham Əliyevin

bəyanatı

-Təşəkkür edirəm, cənab sədr!

Sizi bir daha görməkdən şadam. Avropa İttifaqına gəlmək üçün göndərdiyiniz dəvətə və bu müstəvidə danışıqlarımızı davam etdirmək imkanına görə minnətdaram.

Biz yaxın vaxtlarda Sizin Azərbaycana səfəriniz zamanı görüşdük. Bizim çox maraqlı və səmərəli danışıqlarımız oldu. Bu, həmçinin Sizin üçün ölkəmizi daha yaxından tanımağa imkan verdi. Bu gün biz bu dialoqu - tərəfdaşların, dostların dialoqunu davam etdiririk. Əminəm ki, mənim Avropa Parlamentinə, Avropa İttifaqına və Avropa Komissiyasına səfərim gələcək əlaqələrimizin inkişafında çox mühüm rol oynayacaqdır. Biz bir məsələdə birləşmişik və bu, bir-birimizə yaxınlaşmaq və Avropa təsisatları ilə Azərbaycan arasında mümkün qədər çox sahələri əhatə edəcək uzunmüddətli strateji tərəfdaşlıq qurmaqdır.

Bugünkü danışıqlarımız zamanı daha çox diqqət Azərbaycanda siyasi islahatların davam etdirilməsinə, demokratik sistemin gücləndirilməsinə və Azərbaycanın siyasi sisteminin Avropa İttifaqı ölkələrinin siyasi sisteminə yaxınlaşdırılmasına yönəldi. Həmçinin Azərbaycanda iqtisadi islahatlar yalnız o zaman uğurlu ola bilər ki, bu islahatlar siyasi islahatlarla birgə aparılsın. Bizim çox liberal iqtisadi qanunvericiliyimiz vardır. Bu, bizə xarici sərmayədarları cəlb etməyə kömək edir. İnvestorlar adətən siyasi vəziyyəti proqnozlaşdırıla bilən və sərmayələrin qorunduğu ölkələrə sərmayə yatırırlar.

Biz bu gün, həmçinin regional təhlükəsizlik məsələlərini də müzakirə etdik. Cənab sədrin qeyd etdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan üçün deyil, həm də regional inkişaf və təhlükəsizlik üçün çox vacibdir. Çünki bu, regional sabitlik və təhlükəsizlik üçün ən böyük təhlükədir. Biz ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin rəhbərlərinin və bu gün cənab Barrozunun bəyanatlarından ruhlanırıq ki, status-kvo qəbuledilməzdir.

Bu gün biz eyni fikri cənab Buzek ilə də bölüşdük. Bu çox vacib bəyanatlardır. Çünki biz bu münasibətləri illərdir ki, gözləyirdik. Bildiyiniz kimi, bizim torpaqlarımız artıq 20 ilə yaxındır ki, işğal altındadır və yüz minlərlə azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün kimi yaşayır. Status-kvonun dəyişdirilməsi Azərbaycan torpaqlarının azad olunmasına, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin əldə edilməsinə, bütün kommunikasiyaların açılmasına, bütün qaçqın və köçkünlərin öz doğma yurdlarına qayıtmasına gətirib çıxaracaqdır. Bu isə öz növbəsində Cənubi Qafqaz regionunda tamamilə yeni bir vəziyyət yaradacaqdır. Ondan sonra isə üç Cənubi Qafqaz ölkəsi siyasi islahatları birgə aparmağa və Avropa təsisatları ilə daha sıx əlaqələr qurmağa başlaya bilərlər.

Avronestin yaradılması yaxın tarixin ən mühüm hadisələrindəndir. Bu isə Avropa ilə Qafqaz ölkələri arasındakı əlaqələrə uyğundur. “Şərq tərəfdaşlığı”, Avronest, Assosiativ razılaşmaya dair danışıqlar - bütün bunlar əməkdaşlığımızın mühüm elementlərindəndir və bizə Avropaya daha yaxın olmağa imkan verəcəkdir.

Bu gün, həmçinin enerji təhlükəsizliyi məsələlərini də müzakirə etdik və bir qədər əvvəl sədr Buzek düzgün qeyd etdi ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi regiondakı vəziyyəti tamamilə dəyişdi, yeni dəhliz açdı. Artıq bu gün bu dəhliz vasitəsilə Azərbaycandan dünya bazarlarına qaz ixracatı həyata keçirilir və Avropa ilə Azərbaycan arasında enerji əməkdaşlığının davam etdirilməsi yaxşı bir şərait yaradır. Bu ilin yanvarında Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana səfəri zamanı biz “Cənub” qaz dəhlizi ilə bağlı bəyannamə imzaladıq. Bu isə bəyannamədən də artıqdır. Bu bəyannamədə çox mühüm məqamlar vardır. Biz birgə işçi qrupu yaratdıq. Bu qrup artıq fəaliyyətdədir və yaxşı nəticələr verməkdədir.

Azərbaycan böyük enerji ehtiyatlarına malik olan bir ölkə kimi potensialını reallaşdırmaq istəyir ki, özünün enerji resurslarını dünya bazarlarına nəql edə bilsin. Avropanın isə şaxələndirməyə, yeni təchizat marşrutlarının yaranmasına ehtiyacı vardır. Bu məsələdə bizim maraqlarımız üst-üstə düşür. Bu səbəbdən əməkdaşlığımız, onun gündəliyi çox genişdir. Bu gün Avropa Parlamentini ziyarətim bu münasibətlərin hər iki tərəf üçün nə qədər vacib olduğunu göstərir.

Cənab sədr, qonaqpərvərliyə, dəvətə və bugünkü danışıqlarımıza görə bir daha minnətdaram.

X X X

Sonra jurnalistin sualı cavablandırıldı.

Şaiq MƏMMƏDOV (Azərbaycan Televiziyası): Sualım Avropa Parlamentinin sədrinədir. Cənab sədr, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə gətirib çıxarıb. Burada insan hüquqlarının kobud şəkildə pozulması faktı mövcuddur. Bu məsələ ilə bağlı Avropa Parlamentinin müvafiq qərar qəbul etməsinin vaxtı çatmayıbmı?

Avropa Parlamentinin sədri Yeji BUZEK: Bu sual bizim bu məsələnin həllində yaxın gələcəkdə iştirakımız və yardım göstərməyimizlə bağlıdır. Çünki burada iki mühüm bəyanatın olması zəruridir. Bütün əsas tələblər yerinə yetirilməlidir. Bu məsələdə Azərbaycanın ərazi bütövlüyü çox mühüm əhəmiyyət kəsb edir və Avropa Parlamenti belə bir yanaşmanı tam dəstəkləyir. Bu, istənilən danışığın yaxşı bir başlanğıcıdır. Bildiyiniz kimi, bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya tərəfindən təşkil edilən Azərbaycan və Ermənistan arasında Kazan görüşünün keçirilməsi nəzərdə tutulur. Bu, çox yaxşı bir işarədir. Avronestdə isə hər iki ölkənin parlamentinin 10 nəfərdən ibarət nümayəndə heyəti bir araya gələrək bütün bu problemləri müzakirə edə bilər. Avronest Assambleyasının iki üzvünün namizədliyi həmin işçi komitənin həmsədr vəzifələrinə irəli sürülüb. Avronestdə gündəlik iş fəaliyyəti nəticə verir. Münaqişənin həlli üçün biz Azərbaycanı və Ermənistanı yaxınlaşmağa çağırırıq. Danışıqların parlamentlər səviyyəsində aparılması da çox vacibdir və bunu Avronest daxilində etmək asan ola bilər. Ermənistan və Azərbaycan parlament rəhbərlərinin qərarı nəticəsində biz bunu Avronestdə mayın əvvəlində başlaya bildik. 

######

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər