AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Minskdə keçirilən zirvə görüşü çərçivəsində noyabrın 28-də, onun üçün ayrılmış iqamətgahda Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi vurğulandı, gələcəkdə əlaqələrimizin daha da genişləndiriləcəyinə əminlik ifadə edildi, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olundu.