AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 28-də Minskdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə edildi.
Prezidentlər əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini söylədilər və qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi apardılar.