AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİNBELÇİKA SENATININ SƏDRİ ANN-MARİ LİZENİLƏ GÖRÜŞÜ
Prezident İlham Əliyevi binanın önündə Belçika Senatının sədri xanım Ann-Mari Lizen böyük hörmət və ehtiramla qarşıladı.
Azərbaycan Prezidenti və Belçika Senatının sədri dövlət bayraqları önündə xatirə şəkli çəkdirdilər. Dövlətimizin başçısı Senatın xatirə kitabını imzaladı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Belçika Senatının sədri Ann-Mari Lizen arasında təkbətək görüş oldu.
Görüşdə parlamentlərarası əlaqələr, ikitərəfli münasibətlər, regional məsələlər barədə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün öz iqamətgahında “Euronews” televiziya kanalına müsahibə verdi.