AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİNTÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏR İLƏTELEFON DANIŞIĞI OLMUŞDUR
Dövlətimizin başçısı İlham Əliyev noyabrın 20-də Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışlar nəticəsində günahsız insanların həlak olması ilə əlaqədar dost və qardaş ölkənin rəhbərinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı vermiş, çoxsaylı insanın ağır yaralanaraq xəsarət almasından kədərləndiyini bildirmiş və onların tezliklə sağalıb öz evlərinə qayıtmasını arzulamışdır.
Prezident İlham Əliyev Azərbaycan xalqının İstanbulda baş vermiş qanlı terror aksiyasından narahatlıq keçirdiyini, bu cinayəti törədənlərin tezliklə aşkar edilib cəzalandırılacaqlarına əmin olduğunu bildirmişdir.
Prezident Əhməd Necdət Sezər Türkiyənin bu hüznlü günündə zəng edib kədərlərinə şərik çıxdığına görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmiş, dost və qardaş Azərbaycan xalqına keçirdiyi narahatlığa görə təşəkkür etmişdir.
Cənab Əhməd Necdət Sezər cənab Heydər Əliyevin səhhəti ilə maraqlanmış, tezliklə sağalıb Vətənə qayıtmasını arzulamış və səmimi salamlarını ona çatdırmağı cənab İlham Əliyevdən xahiş etmişdir.
Telefon danışığı zamanı Prezidentlər beynəlxalq terrorizmə qarşı mübarizənin daha da gücləndirilməsinin vacib olduğunu vurğulamışlar.