RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİNTÜRKİYƏYƏ SƏFƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkdilli ölkələrin dövlət başçılarının Antalyada keçiriləcək zirvə görüşündə iştirak etmək üçün noyabrın 16-da Türkiyəyə səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.