AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVXƏZƏRİN KARBOHİDROGEN EHTİYATLARININ İŞLƏNİLMƏSİ ÜZRƏ MƏSLƏHƏT ŞURASININ ÜZVLƏRİNİ QƏBUL ETMİŞDİR
Məsləhət şurasının üzvü cənab Stüart Eyzenştat Səngəçal terminalı ilə tanışlıqdan aldıqları xoş təəssüratdan danışaraq dedi ki, orada çox böyük işlər görülür. Diqqəti çəkən məsələlərdən biri də orada təlim mərkəzinin olmasıdır. Azərbaycanlıların terminalın müxtəlif sahələrində çalışması üçün hər il 120 nəfər təlim mərkəzində yüksək hazırlıq keçir.
Təlim mərkəzində məşğələlərin xüsusi əhəmiyyət daşıdığını bildirən dövlətimizin başçısı bu sahədə işlərin çox uğurla getdiyini vurğuladı. Prezident İlham Əliyev dedi ki, biz çalışırıq Azərbaycanda inkişaf edən energetika sahəsi daim bacarıqlı kadrlarla təmin olunsun. İndi həm Səngəçalda, həm də digər sahələrdə çoxlu sayda yerli kadrların çalışmasının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı hazırda azərbaycanlıların həm sıravi işlərdə, həm də yüksək vəzifələrdə nümunə göstərdiklərini bildirdi. Prezident İlham Əliyev gələcəkdə bu sahədə daha böyük işlər görüləcəyinə əmin olduğunu vurğuladı.