AZƏRBAYCAN QARŞIDA QOYDUĞU BÜTÜN VƏZİFƏLƏRİ UĞURLA YERİNƏ YETİRƏCƏKDİR
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir ki, 2004-2007-ci illərdə ölkə iqtisadiyyatı 96 faiz artmışdır. Biz iqtisadi potensialımızı iki dəfə artıra bilmişik və bu güclü iqtisadi zəmində yüksək sürəti saxlamaq, bu iqtisadi inkişafı davam etdirmək asan məsələ deyildir. Bütün bu amilləri nəzərə alaraq, böyük məmnunluq hissi ilə deyə bilərəm ki, bu ilin birinci rübündə iqtisadi inkişaf çox güclü olmuşdur, ümumi daxili məhsul təxminən 14 faiz artmışdır.
Bununla bərabər, sənaye istehsalının da təxminən eyni sürətlə artdığını, bu müddət ərzində dövlət büdcəsində nəzərdə tutulmuş bütün layihələrin, proqramların, infrastruktur layihələrin, sosial xarakterli proqramların icra olunduğunu söyləyən dövlət başçısı bildirmişdir ki, 2008-ci il də Azərbaycan iqtisadiyyatı üçün, ümumi inkişafımız üçün uğurlu il olacaq və Azərbaycan bu ildə qarşıda qoyduğu bütün vəzifələri uğurla yerinə yetirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]