AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRDİ TƏQAÜDLƏRİNİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsinin inkişafındakı böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:
Bağırov Bayramqulu Bağır oğlu
Nemətov Niyətşah Səfər oğlu
Osmanov Cəbrayıl Ömər oğlu
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 dekabr 2006-cı il.