SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, Vətəninizin və bütün Azərbaycan xalqının Sizə yüksək etimad göstərməsi münasibətilə Sizi şəxsən öz adımdan və bütün gürcü xalqı adından səmimi qəlbdən təbrik edim.
Gürcüstanda onun tarixi qonşusunun – dost Azərbaycanın böyük nailiyyətlərinin gələcəyimiz üçün son dərəcə əhəmiyyətli olduğunu aydın təsəvvür edir və ona görə də Sizin belə məsul və önəmli vəzifəyə təyinatınıza ürəkdən sevinirlər. Çünki ölkəmizdə aydın şəkildə dərk edirlər ki, Siz görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin tarixi ənənələrinin layiqli davamçısısınız.
Bizim üçün xüsusilə vacibdir ki, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə son illər ərzində atasının bütün tarixi işlərini layiqincə dəstəkləmiş və Azərbaycan neftinin Qərb istiqamətində nəqli ideyalarının, nəinki bizim ölkəmizin, həm də ümumən regionun inkişafının və çiçəklənməsinin yeni perspektivlərinin əsasını qoymuş ideyaların təşəbbüsçülərindən və təşkilatçılarından biri olmuş insan təyin edilmişdir. Şərq-Qərb enerji dəhlizinin inkişafı regionun ölkələri qarşısında dünya birliyinin tam hüquqlu üzvü olmaq üçün real perspektivlər açır.
Bu sevindirici xəbər bizdə belə bir inamı daha da möhkəmlətmişdir ki, yaxın gələcəkdə biz Şərq-Qərb enerji dəhlizi layihələrinin uğurla gerçəkləşdirildiyini birlikdə bayram edəcəyik. Mübaliğəsiz demək olar ki, bu boru kəmərləri həqiqətən “əsrin layihələri”dir və əminik ki, gələcək nəsillər onların həyata keçirilməsinə əlindən gələn töhfəni verən, bununla da Böyük İpək Yolunun dirçəldilməsi kimi çox mühüm işin əsasını qoyan insanların xidmətlərini layiqincə qiymətləndirəcəklər.
Fürsətdən istifadə edərək, ölkələrimizə dövlətçiliyin möhkəmləndirilməsi və demokratik cəmiyyət qurulması yolunda real addım atmağa imkan vermiş məqsədyönlü və müdrik siyasətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əlirza oğlu Əliyevə bir daha təşəkkürümü bildirirəm.
Ənənəvi olaraq təşəkkül tapmış və qarşılıqlı anlaşmaya, sıx əməkdaşlığa əsaslanan dostluq, qardaşlıq münasibətlərimiz birlikdə qurduğumuz münasibətlərdir və bunlar ölkələrimiz arasındakı əlaqələrin gələcək nəsillərin rifahı naminə genişlənməsi və möhkəmlənməsi üçün sarsılmaz təməl olacaqdır.
Əziz İlham,
İcazə verin, bir dost, görkəmli xadim və lider kimi Sizi bu yüksək etimad münasibətilə bir daha təbrik edim.
Sizə gözəl ölkənizin firavanlığı naminə uğurlu fəaliyyət arzulayıram.
Səmimiyyətlə Sizin,
Georgi Çanturiya
Gürcüstan Beynəlxalq Neft Korporasiyasının
Prezidenti.