AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Mən Azərbaycanda son seçkiqabağı hadisələri xüsusi həyəcanla izləyir və səsvermənin nəticələrini səbirsizliklə gözləyirdim. Seçkilərin 2003-cü il oktyabrın 16-da elan edilmiş ilkin nəticələri qanunauyğun və ədalətli olmuşdur.
Şübhəsiz ki, seçkilərdə qələbəniz Sizin həyat və peşə yolunuz üçün səciyyəvi olan yüksək xidmətlərinizin təsdiqlənməsi deməkdir.
“LUKoyl” neft şirkətinin rəhbərliyi və şəxsən mən ümidvarıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası əvvəlkitək islahatlar yolu ilə gedəcək və ölkənin bütün nailiyyətlərini artıracaqdır.
Əmin olduğumu bildirirəm ki, ölkələrimizin neftçiləri arasında həmişə mövcud olmuş ənənəvi dostluq və qarşılıqlı surətdə faydalı tərəfdaşlıq əlaqələri xalqlarımızın tərəqqisi naminə qorunub saxlanacaq və genişləndiriləcəkdir.
Hörmətli İlham Heydər oğlu, ali dövlət vəzifəsində fəaliyyətinizdə böyük uğurlar, Sizə və yaxın adamlarınıza cansağlığı və səadət arzulayıram.
Səmimi hörmətlə,
Vahid Ələkbərov,
“LUKoyl” neft şirkətinin prezidenti
Moskva, 17 oktyabr 2003-cü il.